Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-514/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-112/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)- 2115/2018 saylı icra sənədinə əsasən, Borclu 30 manat, 7200 ABŞ dolları məbləğində pul vəsaiti və 0 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu əmlakı üzərinə həbs qoyulması və cərimə meydançasına yerləşdirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-112/2020 №-li qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-2115/2018 saylı icra sənədi üzrə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 33, mənzil 214, giriş 4-ünüzərinə həbs qoyulması qərara alnmışdır. Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)- 112/2020 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq borclu və icra məmuru kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən tələbkarın izahatlarını iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı Xəzər Rayon Məhkəməsinin hazırkı iş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)- 2115/2018 saylı icra sənədi üzrə borc hal-hazırki vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. İş materiallarında olan, “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Borclu adında Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 33, mənzil 214, giriş 4 qeydiyyatdadır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Borclu adında Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 33, 214 saylı mənzilin üzərinə həbs haqlı olaraq qoyulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə olan Xəzər rayon Məhkəməsinin 8(003)-112/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-514/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-514/2020
26.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver