Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-515/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə Tələbkar iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona ödənilməmiş 10 240 manat əmək haqqının ödənilməsinin təmin etmək məqsədilə icraatın bərpa edilməsi barədə qərar çıxarılmasını, həmçinin xx.xx.2016-cı il tarixdə ərizə olmadan onunla saxta əmək müqaviləsi bağlanması xüsusatlarının araşdırılması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamışdır. Tələbkar həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2212.2017-ci il tarixli qətnaməsi ilə onun Borclu qarşı iddia tələbləri qismən təmin edilmiş, məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmuş, qətnamə xx.xx.2018-ci il tarixdə qüvvəyə minərək xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş, icra məmuru xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş vermişdir. Bununla belə borclu, onunla xx.xx.2016-cı il tarixdə bağlanmış (ayda 28 gün iş qrafiki, 2 gün istirahət və günəmuzd 20 AZN olmaqla, cəmi 550 AZN) müqaviləni gizlədərək Nəsimi rayon icra və probasiya şöbəsinə ondan xəbərsiz ƏƏSMN-nin sistemə daxil etdiyi xx.xx.2016-cı il tarixli saxta müqaviləni təqdim etmiş, icra məmuru isə heç bir araşdırma aparmadan həmin saxta müqaviləni əsas götürüb icra sənədinin icraatına xitam vermişdir. Məhkəmə tərəfindən işin bu xüsusatları tam və hərtərəfli araşdırılmaqla, saxta sənəd tərtib edib istifadə etmiş şəxslər müəyyən edilərək barələrində cinayət işinin başlanmasına dair qərardad qəbul olunmalı halda məhkəmə də lazımi araşdırmanı həyata keçirməmiş, ona ödənilməli olan məbləğin xeyli azaldılmış olmasına əhəmiyyət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, icra sənədi üzrə borclu, habelə Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Tələbkar ********** saylı VÖEN əsasında “Renessans Palace” tikinti lahiyəsində fəaliyyət göstərən "xxxxxx" ASC-nin subpodratçısı Borclu briqadasında fəhlə vəzifəsində çalışmış və aylıq əmək haqqı 130 manat təşkil etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun Borclu qarşı iddiası qismən təmin olunaraq məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmiş, qətnamə əsasında verilən icra vərəqəsi üzrə Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən icra icraatına başlanılaraq tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixdə borcluya bildiriş verilmişdir. İş materiallarından aydın olur ki, qətnamənin icrası qaydasında Tələbkar xx.xx.2018-ci il tarixdən işə bərpa olunmuş, ştat cədvəlinə uyğun olaraq 22 aylıq əmək haqqı “xxxxxxxxxxx” ASC-də olan hesab nömrəsinə köçürülmüş və icra məmurunun xx.xx.2019- cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Kollegiya hesab edir ki, şikayətçinin əmək haqqının daha yüksək olması barədə bildirdikləri sübuta yetirilməməklə icra məmuru icra sənədinin icraatına xitam verməkdə haqlı olmuşdur və şikayətin dəlilləri həmin qərarın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-162/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-515/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-515/2020
26.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver