Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-516/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Borclu məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 212a/24 saylı bağ sahəsinin üzərinə həbsin qoyulması barədə Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru A.Qurbanov tərəfindən verilmiş təqdimatın təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Qurbanov təqdimatla Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-199/2020 saylı icra sənədi üzrə Borclu məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 212a/24 saylı bağ sahəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(103)-199/2020 saylı icra sənədinə əsasən iş üzrə Borclu cəmi 101.690,01 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə espertizasının dəyəri olaraq 145 manat pulun 100 manatı iddiaçıya, 45 manatı isə cavabdehə aid edilməklə onlardan tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş və elə həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası üçün vaxt verilərək bildiriş göndərilmişdir. Tələbin könüllü icrası üçün verilmiş vaxtın keçməsinə baxmayaraq, borclu tərəfindən məhkəmə qərarının icrası üçün heç bir tədbir görülməmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq göndərilmişdir, həmçinin icra sənədinin icrası ilə əlaqədar borclunun qeydiyyatda olduğu ünvana çağırış vərəqəsi göndərilsə də, borclu icra şöbəsinə gəlməmişdir və bu günə kimi tələbkarın xeyrinə heç bir ödəmə aparılmamışdır. Məcburi icra tədbirləri həyata keçirilərək iş üzrə borclunun adında olan əmlak və gəlirlərinin aşkar edilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci və 50-ci maddələrini rəhbər tutaraq tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlakına müvafiq orqanlara sorğular göndərilmişdir. Elektron icra proqramı vasitəsilə qeydiyyat aparılan zaman Ədliyyə Nazirliyinin əhalinin reyestri xidmətinin arayışından göründüyü kimi, Borclu adına torpaq sahəsi aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən tələbkar Bankın qanuni maraq və mənafelərini nəzərə almamışdır. Belə ki, icra məmuru borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğu vermiş və Borclu adına torpaq sahəsi aşkar edilmişdir və həmin torpaq sahəsi üzərində tikili yoxdur. Borclunun şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 1 mənzil 17 ünvanda qeydiyyatdadır. Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, 22a/24 saylı bağ sahəsi borclunun iki əmlakından biridir və buna görə də həmin evin üzərinə həbs qoyulması borclunu öz öhdəliklərini yerinə yetirməyə sövq edən məcburi icra tədbirlərindəndir. Belə ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək Tələbkar ASC qarşısında olan öhdəliyini bilərəkdən icra etməmişdir. Ləğv prosesində olan Tələbkar ASC-nin də dövlət və kreditorları qarşısında öz öhdəlikləri vardır və borclu şəxslərin məsuliyyətdən yayınması bu öhdəliklərin icrasında əlavə çətinliklər yaradır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, borclunun başqa ünvanda qeydiyyatda olması onun həmin ünvanın ona mülkiyət hüququ ilə mənsub olması anlamına gəlmir. Həmçinin, borclunun əmlak vəziyyəti haqqında verilmiş sorğuda onun adına yalnız Türkan qəsəbəsində yerləşən bağ sahəsinin mülkiyyət kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Buradan görünür ki, borclunun mülkiyyətində həmin bağ sahəsindən başqa əmlakı yoxdur. Bundan başqa, təqdimatı vermiş icra məmuru tərəfindən həmin bağ sahəsində borclunun öz ailə üzvləri ilə birgə yaşamasını təmin edən ev olub-olmamasını müəyyən etməmişdir. Şikayətin digər dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclunun əmlakı üzərinə həbs qoyulmasının məqsədi borclunu borcu ödəmədiyinə görə cəzalandırmaq deyil, onu icra sənədinin icrasına məcbur etməkdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, həmçinin səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 49.2-ci maddəsinə görə, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 saylı qərarı ilə təcrid edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı»nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanatoriya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, borclu şəxsə məxsus əmlakın üzərinə həbs qoyulması yalnız məcburi icra tədbirləri çərçivəsində həmin əmlakın götürülməsi və satılması məqsədi ilə mümkündür. Deməli, icra məmurunun hazırkı təqdimatı borcluya məxsus bağ sahəsinin üzərinə həbs qoyulmaqla, onun satılmasına və əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə yönəlmişdir. Lakin qanunverici məhkəmə qərarının icrası mərhələsində borclu icra sənədini könüllü olaraq icra etmədikdə, tətbiq edilən məcburi icra tədbirləri çərçivəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının xüsusi qaydalarını müəyyən etmişdir. Həmin qaydalara görə, ilk növbədə borclunun pul vəsaitləri və digər sərvətləri müəyyən edilərək tələb onlara yönəldilməli, yalnız belə vəsaitlər aşkar olunmadığı təqdirdə, tələb borclunun digər əmlakına, o cümlədən ona məxsus olan daşınmaz əmlaka yönəldilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, qanunverici borclunun istənilən daşınmaz əmlakına deyil, yalnız qanunvericiliklə siyahısı dəqiq müəyyən edilmiş əmlaklar istisna olmaqla, digər əmlakına yönəldilməsi imkanını müəyyən etmişdir. Belə ki, borcluya məxsus olan və onun və ailəsinin birgə yaşamalarını təmin edən bir ev və ya mənzilə münasibətdə məcburi icra tədbirlərinin tətbiq edilməsinə yol verilmir. Göstərilənlərə əsasən kollegiya izah edir ki, icra məmuru tərəfindən hazırkı məzmunda təqdimat verilərkən, ilk növbədə borclu şəxsə məxsus pul vəsaitinin və ya borcun yönəldilə biləcəyi digər sərvətinin olub-olmaması müəyyən edilməli, belə vəsait olmadığı təqdirdə onun borcun yönəldilə biləcəyi digər əmlakı, o cümlədən daşınmaz əmlakı müəyyən edilməli, əgər belə bir daşınmaz əmlakı varsa, bu əmlakın (evin və ya mənzilin) onun və ailəsinin birgə yaşamasını təmin edən sonuncu yaşayış sahəsi olubolmadığı müəyyən edilməli, bütün bu halların mövcudluğu şəraitində həmin əmlaka borcun yönəldilməsi məsələsi müzakirə edilməlidir. Lakin hazırkı iş materiallarından görünür ki, Borclu adına daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmiş Türkan qəsəbəsində yerləşən bağ sahəsində yaşayış sahəsinin mövcud olub-olmaması, əgər mövcuddursa, həmin sahənin borclu şəxsin və ailəsinin yeganə yaşayış yerinin olub-olmaması araşdırılmamışdır. Bundan başqa, borclu şəxsin qeydiyyatda olduğu mənzilin kimə məxsus olması, onun həmin mənzildə yaşayıb-yaşamaması halları da araşdırılmamışdır. Bütün bu hallar müəyyən edilmədən icra məmuru borcluya məxsus bağ sahəsinin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Kollegiya tələbkar tərəfindən verilmiş şikayətin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardaddakı mövqeyi ilə də razılaşıraq onları əsaslı hesab edir və xüsusi olaraq qeyd edir ki, şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun həmin yaşayış sahəsinin mülkiyyətçisi və ya digər formada qanuni sahibi olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» xx xxxxx 1996-cı il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunvericiliyin bu müddəasından göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması şəxsin həmin ünvanda mülkiyyət hüquqlarının olub-olmamasını müəyyən etmək məqsədi ilə deyil, onun uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq məqsədi ilə aparılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Borclu ünvan 3 mənzil 17 ünvanda qeydiyyatda olması onun həmin mənzilin mülkiyyətçisi olması və ya orada yaşaması anlamına gəlmədiyindən, bu hallar icra məmuru tərəfindən müəyyən edilmədiyindən, göstərilən hal birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqdimatla bağlı işin hallarını düzgün müəyyən etmiş və icra məmurunun təqdimatını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)- 294/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-516/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-516/2020
27.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver