Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-518/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadından Tələbkar nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai hayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda icra sənədi üzrə Borclu1 və X8 məxsus daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılır ki, məhkəmə aktının nəticə hissəsi iddiaçı Tələbkar ilə cavabdeh Borclu2 MMC-si arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri: 1. Borclu2 MMM ilə Tələbkar arasında qarşılıqlı hesablaşmalar üzrə xx.xx.2015-ci il tarixli 01 saylı, xx.xx.2017-ci il tarixli 02 saylı və xx.xx.2018-ci il tarixli 03 saylı aktlara əsasən Borclu2MMM Tələbkar xx.xx.2019-cu il tarixədək 60 000 (altmış min) ABŞ dolları ödəməyə öhdəsinə götürür. Həmin tarixdən sonra gecikilmiş hər ay üçün Borclu2 MMM tərəfindən hər gecikilmiş ay üçün 500 (beş yüz) ABŞ dolları ödəməyə öhdəsinə götürür. 2.Tələbkar hazırkı iş üzrə iddia tələbindən imtina edir və həmin mənzillə bağlı gələcəkdə hər hansı bir tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 3.Tərəflər mülki işüzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər. 4. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri bizdə məlumdur. Biz bilirik ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 5.Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərələr üçün məcburi icra qüvvəsinə malikdir. 6.Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı Tələbkar cavabdehlər Borclu2 MMC-yə, Borclu1, X2 və X3 qarşı“qarşılıqlı hesablaşmalar üzrə ödənilməli olan məbləğin və gecikdirməyə görə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” informasiya sistemində əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus “Chery Tiggo” minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin və X8 məxsus “Qaz 24” minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin və Salyan rayonu, Varlı kəndində yerləşən 0.06 ha yaşayış məntəqəsinin torpaq sahəsi müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar nümayəndəsi və vəkili X10 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia ərizəsi cavabdehlər: Borclu2 MMMyə, X8, X2 və X4 qarşı qaldırılsa da, həmin şəxslər cavabdeh qismində məhkəməyə cəlb edilsələr də, məhkəmədə iştirakları təmin edilsə də, 75.900 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Tələbkar ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, Barışıq sazişinin sadəcə olaraq Tələbkar ilə Borclu2 MMC arasında bağlandığını əsas gətirərək, məhkəməyə sədrlik edən hakim qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, icra vərəqəsində borclu tərəfi olaraq təkcə Borclu2 МММ-ni göstərmiş, digər cavabdehlər X11, X6 və X5 borclu kimi ümumiyyətlə göstərməmişdir. Eyni zamanda, Tələbkar ilə Borclu2 MMC arasında bağlanmış Barışıq sazişinin imzalandığı xx.xx.2019-cu il tarixdən uzun müddət keçsə də, üzərinə götürülən öhdəliklər qərəzli şəkildə yerinə yetirilməmiş və yayındıqları üçün məhkəmə tərəfindən icra vərəqəsi tərtib edilərək icra olunması üçün Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru xx.xx.20198-cu il tarixli qərarla icraata başlamışdır. Lakin uzun müddət keçsə də, qərardad məqsədyönlü şəkildə icra olunmamış, məsələnin həlli süni şəkildə uzadılmış və süründürməçiliyə yol verilmişdir. Daha sonra Borclu2 MMC-nin direktoru X15 Rəhimzadə arasında xx.xx.2020-ci il tarixdə Akt imzalanmış və Tələbkar 30.500 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, qalan 30.000 ABŞ dolları pul vəsaitini xx.xx.2020-ci il tarixə qədər və həmin tarixə mövcud olan hər ay üçün əlavə 500 ABŞ dolları ödəməyi üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin yenə də icra sənədi üzrə tələb borclular tərəfindən qərəzli olaraq icra olunmamış, məsələnin həlli süni şəkildə uzadılmış, süründürməçiliyə yol verilmiş, pulun ödənilməsindən yayınmışlar. Borclular icra şöbəsinə dəfələrlə dəvət olunsalar da, gəlmədikləri üçün israrlı təkidləri, tələbləri və çoxsaylı müraciətləri əsasında barələrində axtarış elan olunması və icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilmiş və icra olunması üçün müvafiq polis idarəsinə göndərilmişdir. Müraciətlərinin nəticəsi olaraq, həmin qərarın icrası təmin edilmiş, polis əməkdaşları Borclu2 MMCnin təsisçisi və faktiki rəhbəri borclu X1, məcburi şəkildə icra şöbəsinə təhvil vermişlər. İcra şöbəsində “xxxx” MMC-nin təsisçisi və faktiki rəhbəri Borclu1 məhkəmə aktının qeyri-şərtsiz icra olunması barədə xəbərdarlıq edilmiş və o, xx.xx.2020-ci il tarixdə iltizam yazaraq, xx.xx.2020-də 5.000 ABŞ dolları Tələbkar ödəyəcək, pulun qalan hissəsini isə 2 ay ərzində ödəyəcək qeyd edilmişdir. Lakin Borclu1 növbəti dəfə yalan danışaraq, xx.xx.2020-də 5.000 ABŞ dolları yox, nədənsə 3000 ABŞ dolları icra şöbəsinə ödəmiş, icra məmuru da aydın olmayan səbəblərdən həmin məbləği qəbul etmişdir. İcra məmuru xx.xx.2020-ci il tarixli qəbz əsasında Tələbkar 3000 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Nəzərə alsaq ki, xx.xx.2019-cu il tarixədək 60.000 ABŞ dolları və həmin tarixdən sonra gecikdirilmiş hər ay üçün 500 ABŞ dolları ödənilməli, xx.xx.2020-ci il tarixdə 30.500 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 3000 ABŞ dolları pul vəsaiti tələbkara ödənilmişdir, hal-hazırda qalıq əsas borc 26.500 ABŞ dolları, ödəniş (2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr cəmi, 11 x 500=5.500 ABŞ dolları) gecikdirildiyi üçün 5.500 ABŞ dolları, xx.xx.2020-ci il tarixə borc məbləğ cəmi 32.000 ABŞ dolları təşkil edir. Hal-hazırda Borclu2 MMC-nin təsisçisi və faktiki rəhbəri borclu X11 barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AR Cinayət Məcəlləsinin 179.2.4.-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və hal-hazırda müstəntiq Ziyafət Quliyevin icraatında araşdırma işi davam etdirilir. Tələbkar hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, iş № № 8(011)-256/2020 saylı qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərəfindən məhkəməyə təqdim edilmiş icra sənədi üzrə borclular: X8, X2 məxsus daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Tələbkar, borclular və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadı ləğv edilməli, iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən, qeyd etmişdir ki, təqdimatda icra sənədi üzrə Borclu1 və X8 məxsus daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması xahiş edilsə də, iş materiallarından görünür ki, 170195/2019-1-1 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu2 MMM-dir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, icra sənədində Borclu1 və X11 borclu kimi qeyd olunmaqla, tələbkar şikayətində göstərmişdir ki, icra mərhələsində polis işçiləri Borclu2 MMC-nin təsisçisi və faktiki rəhbəri borclu X1, məcburi şəkildə icra şöbəsinə təhvil vermələrini, icra şöbəsində “xxxx” MMC-nin təsisçisi və faktiki rəhbəri Borclu1 məhkəmə aktının qeyri-şərtsiz icra olunması barədə xəbərdarlıq edilməsini və onun xx.xx.2020-ci il tarixdə iltizam yazaraq, xx.xx.2020-də 5.000 ABŞ dolları Tələbkar ödəyəcəyini, pulun qalan hissəsini isə 2 ay ərzində ödəyəcəyini qeyd etmişdir. İş materiallarından Borclu1 və X7 Borclu2 MMM-ə münasibətdə kim olmaları (təsisçi və ya qanuni təmsilçi) müəyyən olunmur. Bunun üçün birinci instansiya məhkəməsi icra işini, Borclu2 MMM-nin Nizamnaməsini və reyestrdən çıxarışı tələb edib nəzərdən keçirməmişdir. Qeyd olunan hal müəyyən olunduqdan sonra, Borclu2 MMM-nin Nizamnaməsinə əsasən, sonuncunun borclarına görə Borclu1 və X7 məsuliyyət daşıyıb-daşımamalarına qiymət verilməlidir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan halların araşdırılması ilə bağlı iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1. 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(011)- 256/2020 saylı qərardadı ləğv edilsin, iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-518/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-518/2020
25.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver