Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-519/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovaın katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-340/2020 nömrəli qərardadından X1 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(011)-1748/2019 nömrəli qətnaməsi üzrə borcun hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-340/2020 nömrəli qərardadına əsasən X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 1748/2019 saylı qətnaməsi üzrə borcun hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)- 340/2020 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 8(010)-1363/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. X7 Mayis şikayət verərək həmin qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda o, qarabağ müharibəsi veteranıdır, aldığı məvacib 80 manatdır. Başqa heç bir gəliri yoxdur. Eyni zamanda məhz bu məhkəməsi qətnaməsi çıxarıldıqdan sonra 15 illik ailə həyatı dağılmışdır və o, hər ay azyaşlı ili övladları üçün aliment ödəməlidir. Tərəfindən borcun hər ay 15.50 manat olmaqla hissə-hissə ödənilməsi mümkündür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X7 Mayis şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlbnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcədə cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gətirməsin. Məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti əsaslı deyil və məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, icra sənədi üzrə tutulması qət edilmiş qətnaməsi üzrə 16530 manat borcun hər ay 200 manat hissə-hissə icra edilməsi açıq-aydın şəkildə tələbkarın qanuni maraqlarına, habelə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı qanunvericiliyin normalarına uyğun olmadığından borclunun şikayəti əsaslı hesab edilə bilməz və mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, kollegiya hesab edir ki, ərizənin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin qərardadı qanuni və işin hallarına uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(008)-340/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-519/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-519/2020
26.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver