Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-520/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, 28 iyul 2025-ci il tarixli qərardadından Borclu şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2213 saylı icra sənədi üzrə tələbkar X2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən 2021-ci ilin 18 iyul tarixindən 2022-ci ilin iyun ayınədək (alimentin tutulmasının başlanması tarixinədək) yığılan 19967,08 manat borca 18 iyul 2021-ci il tarixindən 2023-cü ilin sentyabr ayınadək, yəni həmin borcun ödənilməsinə başlanıldığı tarixədək hər gün üçün dəbbə pulunun hesablanması və 2023-cü ilin sentyabr ayınadək olan müddət (2 il 2 ay) üçün indeksasiya olunub tələbkara ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2213 saylı icra sənədi üzrə tələbkar X1 “alimentin indeksasiyası və dəbbə pulu” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert qarşısında: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2214/2020 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində yaranmış 19.967,08 manat məbləğində aliment borcunun 2023-cü ilin sentyabr ayınadək (aliment borcunun ödənilməyə başladığı tarixədək) gecikdirilmiş məbləğ üzrə hər gün üçün 0.01 faiz hesablanmaqla dəbbə pulu nə qədər təşkil edir? Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində yaranmış 19.967,08 manat məbləğində aliment borcunun 2023-cü ilin sentyabr ayına (aliment borcunun ödənilməyə başladığı tarixədək) indeksasiya edilmiş məbləği nə qədər təşkil edir? suallarının qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, 28 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında olan yanlışlığın aradan qaldırılaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında “qərara aldı” hissəsində ekspertin qarşısında qoyulmuş 1-ci sualda qeyd edilmiş “...hər gün üçün 0.01 faiz hesablanmaqla dəbbə pulu nə qədər təşkil edir...” ifadəsi dəyişdirilərək “...hər gün üçün 1 faiz hesablanmaqla dəbbə pulu nə qədər təşkil edir....” kimi oxunması qərara alınmışdır. Borclu nümayəndəsi və vəkili Vəkil şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tələbkarın nümayəndəsi şikayətə etiraz edərək qərardadın qüvvədə saxlanılmasını xahiş edib, lakin işdə iştirak edən şəxs sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Əvvəla, şikayətdə qərardadın ləğv edilməsi göstərilsə də bunun səbəbləri kifayət qədər ciddi dəlillərlə əsaslandırılmayıb. Çünk mübahisələndirilən qərardadla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılıb. Məhkəmənin dəbbə pulunun faiz dərəcəsini necə müəyyənləşdirməsi, yəni hansı normativ akta əsasən bunu müəyyən etməsi onun mülki işə baxılması ilə əlaqədar qanunla müəyyən edilmiş səlahiyyətlərindən irəli gəlir. Çünki işə baxılması ilə əlaqədar bu cür səlahiyyətlərini icra edərkən qəbul etdiyi qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəltmək də onun hüququdur. İşdə iştirak edən şəxslər, o cümlədən borclu bundan razı qalmaya bilər. Lakin bu da o demək deyil ki, bu cür üsulla, yəni qərardaddan şikayət vermək yolu ilə məhkəmənin dəbbə pulunun faiz dərəcəsini necə müəyyənləşdirməli olduğuna özünün hər hansı bir ciddi arqument göstərmədən təsir edə bilər. Bir də ki, bu cür ekspertiza təyin edərək dəbbə pulunun faiz dərəcəsini necə göstərməsindən asılı olmayaraq mübahisələndirilən qərardad işə baxılması ilə əlaqədar mahiyyəti üzrə yekn məhkəmə aktı hesab edilmir. Ona görə bu baxımdan da qərardadda düzəliş edilməsi mahiyyət etibarı ilə işə tam, hərtərəfli və obyektiv baxılmasına şərait yaradılmasının tərkib hissəsi olduğu üçün də düzgün olmuşdur. Şikayət verən bu cür düzəlişin nəticə etibarı ilə işə baxılmanın süni şəkildə gecikdirilməsinə gətirib çıxaracağını görmək istəməsə də əslində özünün davranışı, yəni qərardaddan şikayət vermə hüququndan istifadə etməsi ilə işə baxılması müddətinin süni şəkildə uzadılmasına həm də şərait yaratmış olur. Əlbətdə yaxşı olardı ki, birinci instansiya məhkəməsi yanlışlığa dair qəbul etdiyi qərardadı qanunvericiliyə istinad etməklə əsaslandırsın, düzəlişin səbəblərini göstərsin və əvvəlki qərardadda buraxdığı yanlışlığın nədən ibarət olduğunu məhkəmə təcrübəsinə də uyğun olaraq açıqlasın. Ancaq qərardadda bu halların göstərilməməsi də mahiyyəti üzrə düzgün olan qərardadın yalnız formal səbəblərə görə ləğv edilməsi üçün kifayət edən əsas sayılmır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, 28 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, 28 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-520/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-520/2025
06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver