Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-521/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9040/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-299/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9040/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X2 4500 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada icraya yönəldilmiş və icra məmurları tərəfindən icraata başlanılmışdır. İcra sənədi üzrə borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, ondan tutulması qət edilmiş borcun hissə-hissə yəni, ayda 80 manat olmaqla ödənilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-299/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən qətnamənin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə X1 ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan X3 verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, izahatında borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını, oğlunun ikinci qrup əlil olduğunu və yoldaşının xəstə olduğunu irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Səbail rayon İcra və probasiya şöbəsinin icraaata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9040/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X2 4500 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 5 ilədək müddət ərzində icra olunması mənasına gəlir; bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni və qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-299/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-521/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-521/2020
30.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver