Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-522/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ surət Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Borclu Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-3639/2019 saylı icra sənədinə əsasən Borclu 81530 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu məcburi gətirməsini qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, borclunun icra məmurunun çağırışı ilə gəlməsi iş materialları ilə təsdiq olunmur. Bununla yanaşı, borclu icra məmurunun yanında həqiqətən olmuşdursa yaxud onun çağırışı ilə gəlmişdirsə artıq şikayət olunan qərardadın icrasına ehtiyac olmayacaqdır. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu Əsədov Ehtiram Hüseynbala oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-522/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-522/2020
30.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver