Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-522/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1, X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)-396/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(103)-503/2020 saylı, 01.06.2020-ci il tarixli qətnaməsinin hər ay 165 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ona qarşı pul tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(103)- 503/2020 saylı, 01.06.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 3778 manat borc X4 xeyrinə tutulmalıdır. Borclunun aylıq xərcləri aylıq gəlirindən çox olduğundan və səhhətində yaranmış bir sıra problemlər səbəbindən maddi vəziyyəti ağırlaşmışdır. Vəziyyətlə əlaqədar olaraq həmin pulu ödəmək imkanı yoxdur. Ona görə də tələbkara olan borcunu yalnız hər ay 20 manat olmaqla hissə-hissə ödəyə bilər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)-396/2021 saylı qərardadı ilə X2 ərizəsi təmin edilməmişdir. Qərardaddan X3 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 30 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)-396/2021 saylı qərardadının müəyyən etdi hissəsində “165 manat” kimi yazılmış yanlışlıq “20 manat” kimi oxunması qərara alınmışdır. Şikayətin məzmunu ərizənin məzmunu ilə eynilik təşkil etməklə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)-396/2021 saylı qərardadının ləğv olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında X3 şikayəti müdafiə edərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar X8 şikayəti qəbul etmədi, izahatında qeyd etdi ki, X3 qəbul olunmuş məhkəmə qərarının icrasını hər vasitə ilə yubatmağa icra etməməyə çalışır. Xahiş etdi ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılsın. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu və tələbkarı binləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)-396/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə borclu arasında bağlanmış 02.08.2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavə olan Ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcluya 36 ay müddətinə, aylıq ödəniş 111,37 (sonuncu ay üçün 113,68) manat olmaqla 2778 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin müddəti 02.08.2021-ci il tarixində bitir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə borclu arasında bağlanmış 22.10.2018-ci il tarixli kredit müqaviləsinə əlavə olan Ödəniş qrafikinin surətindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcluya 36 ay müddətinə, aylıq ödəniş 165,83 (sonuncu ay üçün 167,47) manat olmaqla 3914,43 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün sonuncu tarix 22.10.2021-ci il olmaqla kredit müqaviləsinin müddəti 22.10.2021-ci il tarixində bitir. Bundan başqa qətnamənin hər ay 20 manat olmaqla hissə-hissə icra edilməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, borclunun bu tələbinin təmin olunması mahiyyət etibarilə məhkəmə qətnaməsinin icrası müddətini uzatmaqla onun mahiyyətini itirməsinə gətirib çıxaracaq. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegsiyasının 2(103)-503/2020 saylı, 01.06.2020-ci il tarixli qətnaməsi ilə X5 3778 manat məbləğində pul vəsaitinin tutularaq X6 ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, 3778 manat məbləğində pul vəsaitinin hər ay 20 manat olmaqla hissə-hissə ödənilməsi məhkəmənin həmin qətnaməsinin yalnız xəyalı olaraq icra edilməsinə səbəb olur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təminindən imtina edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclunun qətnamənin hissə-hissə icrası barədə irəli sürdüyü dəlillərdən biri onun "xxxx" ASC və "xxxx" ASC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin olmasından və əmək haqqının bir hissəsinin bu kredit müqavilələri üzrə borca görə tutulmasından ibarətdir. Məhkəmə hesab etmişdir ki, borclunun bu dəlili qətnamənin hissə-hissə icrası üçün kifayət qədər əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(011)- 396/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-522/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-522/2021
06.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver