Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-525/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Mübariz Yolçiyevin iştirakı ilə, iddiaçı Borclu qızının Cavabdeh qarşı “evə köçürülmə və əşyaların mühafizə olunması barədə” iddiasına dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş “qətnamənin izah olunması barədə” ərizə üzrə Xəzər Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadından Cavabdeh və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Xəzər Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli qətnaməsinə izah verilsin. İzah belə verilib ki, qətnamənin nəticə hissəsində “ünvan 1 ünvanında yerləşən ev” deyildikdə ünvan 2aşa düşülür. Hər iki şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət verən şəxslərdən biri – Cavabdeh iş üzrə cavabdeh, digəri – Maraqlı şəxs isə izah qərardadında göstərilən evin (163F saylı evin) mülkiyyətçisidir. Hər iki şikayət təmin olunmalıdır. Mülki-Prosessual Məcəllənin 230.1-ci maddəsindən görünür ki, qətnaməyə izah verilərkən onun məzmunu dəyişdirilə bilməz. Lakin birinci instansiya məhkəməsi qətnaməyə izah verərkən onun məzmununu dəyişib. Belə ki, qətnamədə iddiaçının köçürülməli olduğu ünvan göstərilib, lakin izah qərardadında iddiaçının köçürülməli olduğu ünvan dəyişdirilib. Bu məsələ izahla həll oluna bilməz, yəni qətnamənin göstərişi (evə köçürülmə göstərişi) izah verilməklə başqa ünvana şamil oluna bilməz. Bu məsələ göstərilən üsullarla həll oluna bilər: 1-ci, əgər məhkəmə iddiaçının onun tələb etdiyi ünvana deyil, başqa ünvana köçürülməsini qət edibsə, qətnamədən apellyasiya şikayəti verilə bilər. 2-ci, əgər qətnamənin tərtibi zamanı ünvan göstərilərkən yanlışlığa yol verilibsə Mülki-Prosessual Məcəllənin 228-ci maddəsinin göstərişinə uyğun olaraq yanlışlığın aradan qaldırılması barədə məsələyə baxıa bilər. 3-cü, əgər 1-ci və 2-ci üsulla bu məsələni həll etmək mümkün deyilsə, iddiaçı köçmək istədiyi ünvanı göstərməklə məhkəməyə ümumi qaydada yeni iddia ərizəsi verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh şikayəti təmin olunsun. Maraqlı şəxs şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Borclu tərəfindən verilmiş “qətnaməyə izah verilməsi barədə” ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-525/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-525/2021
08.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver