Məhkəmə qərarları › İş №8(103)-526/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-526/2020

26.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-526/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi icra sənədi üzrə Tələbkar nümayəndəsi (vəkili) X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu4 MMM-nin xx.xx.2019-cu il tarixindək 60 000 ABŞ dollarını, həmin tarixdən sonra gecikdirilən hər ay üçün isə 500 ABŞ dollarını Tələbkar ödəməli olduğunu, icra sənədi üzrə borclular olan Borclu2, Borclu1 Müzəffər oğluna və Borclu3 tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdıqlarını bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən həmin şəxslərin ölkədən getmək hüquqlarının məhdudlaşdırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, həmin qərardaddan Tələbkar nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə tələbkarın iştirakı olmadan baxmış, işin hallarına və sübutlara, eləcə də Borclu1 Borclu4 MMM-nin təsisçisi və direktoru olmasına əhəmiyyət verməyərək icra sənədinin icra olunmamasına şərait yaratmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (vəkili) Kamandar Nəsibov şikayəti müdafiə edərək təqdimatın təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmiş, icra sənədi üzrə borclunun və Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Tələbkar ilə Borclu4 MMM arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, sazişə görə Borclu4 MMM, Tələbkar xx.xx.2019-cu il tarixədək 60 000 (altmış min) ABŞ dolları, həmin tarixdən sonra gecikdirilmiş hər ay üçün 500 (beş yüz) ABŞ dolları ödəməyə öhdəsinə götürmüş, Tələbkar isə Borclu4 MMM-nə, Borclu2, Borclu1 Müzəffər oğluna və X2 qarşı “qarşılıqlı hesablaşmalar üzrə ödənilməli olan məbləğin və gecikdirməyə görə maddi zərərin əvəzinin ödənilməsi” tələbindən imtina etmişdir. İşin hallarından həmçinin aydın olur ki, Borclu4 MMM sözügedən barışıq sazişi üzrə öhdəliyini yerinə yetirmədiyindən müvafiq icra sənədi verilmiş və icra məmuru da həmin icra sənədinin icrasının təmin olunmadığını irəli sürərək müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, icra sənədi üzrə Borclu4 MMM-dir və buna görə də Borclu2, Borclu1 Müzəffər oğlunun və X1 ölkədən getmək hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə kollegiyası birinci instansiyasının həmin mövqeyi ilə razılaşır; belə ki, “İcra haqqında” Qanunun 28.4-cü maddəsinə görə, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır və həmin qanunda hüquqi şəxsin öhdəliyinə görə onun təsisçisinin, yaxud rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 52.2-ci maddəsinə görə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-291/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar