Məhkəmə qərarları › İş №8(103)-527/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-527/2020

01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-527/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 2944/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 8(005)-337/2019 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-2944/18 saylı icra sənədinə əsasən avtomobilə vurulmuş maddi ziyana görə 2839 manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “X1 1840” yük modelli Az **-NK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, “Mercedes Benz 1840LS” yük modelli Az 99-RU284 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, “Kogel SNCO 24” yarımqoşqu modelli Az **-ZE-*** dövlət qeydiyyat nişanlı Tentli Furqon, “Koegel SNCO 24” yarımqoşqu modelli, Az **-ZC-*** dövlət qeydiyyat nişanlı Tentli Furqon, “Krone” yarımqoşqu modelli, Az **-ZC-*** dövlət qeydiyyat nişanlı Tentli Furqon üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 8(005)- 337/2019 saylı qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-2944/18 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan“X1 1840” yük modelli Az **-NK- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2007) yəhərli dartıcının üzərinə həbs qoyulmuşdur. Tələbkar həmin qərardaddan şikayət verərək Borclu ilə 1 ay ərzində borcun tam ödənilməsinə dair razılıq əldə olunduğuna görə nəqliyyat vasitəsi üzərindən həbsin götürülməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)-337/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 8(005)-337/2019 saylı qərardadı Tələbkar münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 2(006)-2944/18 saylı icra sənədi hazırkı vaxtadək icra olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra sənədi icra olunmadığına görə həmin icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan avtomobil üzərindən həbsi götürməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilənlər formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 8(005)- 337/2019 saylı qərardadı tələbkara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar