Məhkəmə qərarları › İş №8(103)-53/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-53/2021

21.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-53/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: X2 ərizə (şikayət) ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Suraxanı rayon icra (probasiya) şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və icra məmurunun hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsini xahiş etmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin olunaraq Suraxanı rayon icra (probasiya) şöbəsinin icra məmuru Elxan Məmmədovun xx.xx.2019-cu il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması” haqqında qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəməyə şikayət ünvanlayan Güləli Fərziyev həmin qərardadın ləğv edilməsini və icra məmurunun hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün sənədlərin Suraxanı rayon prokurorluğuna göndərilməsi barədə qətnamə (?) çıxarılmasını xahiş etmiş, sözügedən şikayəti qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Güləli Fərziyev məhkəməyə ünvanladığı ərizədə (əslində şikayət) icra məmurunun qərarının ləğv olunmasını və onun hərəkətlərinə (hərəkətsizliyinə) hüquqi qiymət verilməsini istəmiş, məhkəmə icra məmurunun xx.xx.2019-cu il tarixli qərarını ləğv etməklə faktiki olaraq onun xahişini tam təmin etmişdir; çünkü icra məmurunun qərarının ləğv edilməsi, onun müvafiq hərəkətinə hüquqi qiymətin verilməsi deməkdir. Başqa sözlə məhkəmə, prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qərardadında ərizənin qismən təmin edildiyini göstərmiş, bu pozuntu nəticəsində ərizəçinin hüquqi əsası olmayan şikayət verməsinə yol açmışdır. Güləli Fərziyevin şikayətinin məzmunundan aydın olur ki, o, məhkəmənin icra məmuru barəsində xüsusi qərardad çıxarmamasından narazıdır; bu halda isə nəzərə alınmalıdır ki, xüsusi qərardad işdə iştirak edən şəxsin (icra icraatının tərəfinin) tələbi əsasında deyil, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa məhkəmənin (hakimin) özü tərəfindən qəbul oluna bilər (MPM-nin 65.4cü maddəsi) və prosessual tələb olmadığından proses iştirakçısının müvafiq xahişinin təmin edilməməsi apellyasiya şikayətinin müstəqil predmeti ola bilməz. Mülki Prosessual Məcəllənin 398-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. Yuxarıda qeyd olunduğu kimi, Güləli Fərziyevin şikayəti bu tələblərə cavab verməməkdədir və birinci instansiya məhkəməsi onu əsassız olaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Kollegiya onu da qeyd edir ki, ərizəçi (şikayətçi) icra məmurunun hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olduğunu hesab edirsə, bu barədə özü hüquqmühafizə orqanlarına müraciət ünvanlaya bilər. Belə ki, CPM-nin 204-cü maddəsinə əsasən hər bir fiziki şəxs törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün yazılı və şifahi şəkildə cinayət təqibini həyata keçirən orqanlara müraciət edə bilər. Həmin Məcəllənin 207-ci maddəsinə görə təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə alaraq ona baxmaq və aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-384/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Məmməd Məmmədov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar