Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-53/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1410/2019 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icra hərəkətlərinin davam etdirilməsinə dair maraqlı şəxs X2 ərizəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-316/2024 nömrəli qərardadından maraqlı şəxs X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Maraqlı şəxs X6 Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 1410/2019 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-316/2024 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(006)-1410/2019 saylı icra sənədinə əsasən “icra hərəkətlərinin davam etdirilməsi haqqında” ərizəsi (şikayət) təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-316/2024 nömrəli qərardadından maraqlı şəxs X6 tərəfindən şikayət və şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(006)-316/2024 saylı qərardadından maraqlı şəxs X6 tərəfindən şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilərək müddət bərpa edilmişdir. Şikayət onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmayaraq hesab edirəm ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normaları düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə səhvdir. Belə ki, Bakı şəhəri Nəsimi RayonMəhkəməsinin 2(006)-1410/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda cavabdeh X5 tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 2(006)-1410/2019 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(006)- 1410/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 136064/2019-5-15 nömrəli məktubun surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Beləliklə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin məhkəməyə ünvanlanmış məktubunda 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına xx.xx.2019-cu il tarixində xitam verildiyi qeyd olunsa da, maraqlı şəxs X2 2(006)-1410/2019 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair ərizəyə (şikayət) əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış, xx.xx.2021-ci il tarixdə icra qurumunda qeydə alınmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunur. Amma həmin məktub icra işində sonra aşkar olunmamışdır. Qeyd olunan səbəbdən maraqlı şəxs X2 2(006)- 1410/2019 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair ərizəsi (şikayət) əsaslı olduğundan təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-316/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanunu: 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüftı Birliyi tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.20218-ci il tarixli, 1/239 nömrəli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda cavabdeh S.C.Rəhimov tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda cavabdeh X5 tərəfindən bağlanmış qapı oyuğu onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 1620/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1410/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilməsi və cavabdeh X3 münasibətdə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 2(006)-1410/2019 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(006)- 1410/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1647/2021 nömrəli qərarı ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 989/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə” iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Rəhimov Alim Suriddin oğlunun adına verilmiş RX seriyalı 64853 saylı (1034512 №-li) çıxarışın ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi haqqında 04 oktyabr 2019- cu il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-230/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 2(006)-1410/2019 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin gedişatı barədə məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 136064/2019-5-15 nömrəli məktubun surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə müstəqil tələb irəli sürməyən X2 icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tam təmin edildiyi üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xitam verilmişdir. İcra sənədi icraata xitam verilməsinə dair icra məmurunun qərarından maraqlı şəxs tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin qərardadı ilə təmin edilməmiş, qərardad apellyasiya instansiya məhkəməsinin qərardadı ilə qüvvədə saxlanılmışdır. Belə olan təqdirdə hazırda maraqlı şəxsin ərizəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi mümkün deyildir. Məlum olduğu kimi icra sənədi üzrə icraata xitam verilmişdir və həmin qərar qüvvədədir. İcra hərəkətlərinin davam etdirilməsinə əsas yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin tam icra olunması öz təsdiqini tapdığından və icra sənədi üzrə icraata xitam qərardadı qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq maraqlı şəxsin ərizəsini təmin etməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-316/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-53/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-53/2025
05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver