Məhkəmə qərarları › İş №8(103)-530/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-530/2021

12.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-530/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Borclu "xxxx" MTK-nın rəhbəri X1 və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 8(004)-562/2021 saylı qərardadından borclu "xxxx" MTK-nın rəhbəri X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şəbəsinin icra məmurunun 22.07.2021- ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı 12.09.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar məhkəməyə şikayət verərək, icra məmurunun 22.07.2021-ci il tarixli qərarın ləğv edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı 12.09.2019cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 8(004)- 562/2021 saylı qərardadı ilə tələbkarın şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı 12.09.2019-cu il icra sənədi üzrə icraatın dayandırılması barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun 22.07.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu "xxxx" MTK-nın rəhbəri X2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı 12.09.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şəbəsinin icra məmurunun 22.07.2021-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda 2(004)-4474/2019 saylı mülki iş üzrə qətnamədən şikayət verilmiş və mülki iş üzrə şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Həmin qətnaməyə əsasən borc sadəcə "xxxx" MTK”-dan tutulmuş, digər cavabdehlərə münasibətdə iddia təmin edilməmişdir. Həmçinin hazırda X1 "xxxx" MTK”nın direktoru olub-olmaması məsələsi Bakı Kommersiya Məhkəməsində mübahisələndirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu "xxxx" MTK-nın rəhbəri X2 və onun vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 8(004)-562/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icraat məcburi olaraq dayandırılır. İş materiallarından görünür ki, iddiaçı X2 cavabdehlər "xxxx" MTK və qeyrilərinə qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız hesab edilməsi” tələbinin 2(004)-4474/2019 saylı, 12.09.2019-cu il tarixli icra sənədinin icrasına əsas olan tələblə, yəni Tələbkar Xəzri MTK-ya qarşı “pul tələbi” ilə birbaşa əlaqəsi yoxdur və sözügedən kommersiya mübahisəsi icra sənədinin icrasının dayandırılması əsası kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 8(004)-562/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu "xxxx" MTK-nın rəhbəri X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 8(004)- 562/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar