Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-532/2020 25.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(003)-179/2020 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadından Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu ərizə və “ərizənin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(003)-95/2019) ilə ondan X3 və X1 xeyrinə tutulan 5.088 manat pulun 8 ay ərzində ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 2.000 ABŞ dolları (Azərbaycan manatına uyğun rəsmi məzənnə nisbəti ilə) və 6.688 manat pulun hazırki iş üzrə Borclu alınaraq tələbkarlar Tələbkar və S.Dadaşovanın xeyrinə tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədi icra edilməsi üçün Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şöbə həmin qətnamənin könüllü icrası (məbləğlərin tam şəkildə ödənilməsi) ilə bağlı ona xx.xx.2020-ci il tarixə kimi müddət vermişdir. Lakin Borclu maddi durumu həmin məbləği tam şəkildə göstərilən müddətədək ödəməyə imkan vermir. Bu səbəbdən də Borclu, qətnamənin tam deyil, qismən icra edə bilmişdir. Hazırda Borclu qeyd edilən qətnamə üzrə icra edilməmiş 5.088 manat məbləğində borcu var. Borclu arvadı və yetkinlik yaşına çatmamış qızı xəstə olduqları üçün Borclu onların mütəmadi müayinə və müalicələrinə pul vəsaiti xərcləmək məcburiyyətində qalır. Odur ki, Borclu, ödənilməmiş qalan məbləğin 8 ay ərzində hissə-hissə ödənilməsi üçün möhlət verilməsini xahiş edir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla ərizəni təmin etməmiş, qətnamənin icrasına möhlət verilməsindən imtina etmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan və qəbzdən görünür ki, Borclu 2.000 ABŞ dolları və 1.600 manatı tələbkar tərəfə ödəmişdir. Göründüyü kimi, Borclu məhkəmə qətnaməsini hissə-hissə icra edir. Borclu ərizəsindən və Məhkəməyə verdiyi izahatdan müəyyən edilir ki, o, ödənilməmiş qalan 5.088 manatın 8 ay ərzində hissə-hissə ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən prosessual normanın tələbindən işin müəyyən edilmiş hallarına və Borclu bildirdiklərinə yanaşdıqda müəyyən edilir ki, Borclu qətnamənin onun tərəfindən hissə-hissə icra edilməsini arzulayır, lakin verdiyi ərizədə qətnamənin icra edilməsinə möhlət verilməsini xahiş etmişdir. Odur ki, bunu və məhkəmənin ona verilmiş tələb və müraciət həcmində işə baxmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Borclu “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəsinin təmin etməməkdə haqlı olmuşdur. Çünki qətnamənin icrasına 8 ay müddətində möhlət verilməsi tələbkar tərəfin hüquqlarını poza bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-532/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-532/2020
25.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver