Məhkəmə qərarları › İş №8(103)-533/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-533/2020

02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-533/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1762/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadından maraqlı şəxs R.Rüstəmov tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1762/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes C280” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. X1 xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 8(010)-1762/2018 nömrəli qərardadının ləğv edilməsini və ona məxsus “Mercedes C280” minik markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, o, Mercedes C280 minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili Bank “xxxx” ASC-nin Əhmədli fililalmda kreditdə olan xx.xx.2013-cı il tarixdə Borclu adlı bir şəxsdən almış və həmin tarixdə o, Bank “xxxx” ASCnin girovunda və Borclu adında və ona satılan avtomobilin vaxtıvaxtında kredit borcunu ödəmişdir. Ödədiyi avtomobilin banka olan borcunu tam ödədikdən sonra Bank “xxxx” ASC-nin girovunda çıxma məktubu alandan sora BDYPİ-nə müraciət edib öz adına keçirmək istəmişdir. BDYPİ aldığı avtomobilin üzərində həbs olub-olmamasını yoxlayan zaman avtomobilin üzərində həbsin olmaması məlum olmuşdur. Lakin o, avtomobili alandan sonra həmin avtomobili Bank “xxxx” ASC-nin girovunda və Borclu adında aldığı avtomobilin kredit borcunu ödəyəndən sonra öz adına rəsmiləşdirmək istəmiş, bu məqsədlə BDYPİ-nə müraciət edən zaman oradan ona avtomobilin üzərində həbsin olduğu bildirilmiş, avtomobili onun adına rəsmiləşdirilməkdən imtina etmişlər. BDYPl-dən ona bu “avtonəqliyyat vasitəsi barədə məlumat” verilmiş, həmin məlumatdan qeyd edilən avtomobilin üzərinə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulması müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən avtomobil ona satılmış və həmin avtomobilin faktiki sahibi o olduğu üçün avtomobilin üzərinə qoyulmuş həbs onun hüquqlarını pozur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan xxxxsı MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan xxxxsının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. AR DİN BDYP-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “Mercedes C280” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan xxxxsı Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən icra sənədi icra edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq məcburi icra tədbirlərindən biri kimi borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmuşdur, buna görə də qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassızdır. Azərbaycan xxxxsı Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan xxxxsı Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan xxxxsının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Göstərilənlərə əsasən və Azərbaycan xxxxsı MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1762/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar