Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-534/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X2 iştirakı ilə Tələbkar ASC tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)-638/2020 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov Borclu adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 205B saylı evin, 60 saylı mənzilinin üzərinə həbs qoyulması barədə təqdimatla Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılmış Yasamal rayon Məhkəməsinin 2(004)-1524/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu, X3 və X1 cəmi 12538.29 ABŞ dolları və 25.80 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. Aparılmış icra tədbirləri zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçüsi, 205B saylı evin, 60 saylı mənzil hazırda Borclu mülkiyyətindədir. Belə olan halda icra sənədinin təmin edilməsi məqsədi ilə Borclu adına qeydiyyatdan keçən əmlakın üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən Borclu adında olan Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 205B saylı evin, 60 saylı mənzilinin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)-638/2020 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 8(005)-265/2019 saylı qərardadından X5 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar “xxxx” ASC tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)-638/2020 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üuçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar ASC-nin nümayəndəsi X4 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə icra məmuru və borclulara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsinin izahatlarını dinliyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)-638/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Borclu məxsus borclunun və onun ailəsinin birgə yaşamalarını təmin edəcək hər hansı yaşayış sahəsinin sonuncunun sahibliyində olub-olmaması barədə təqdimata heç bir sübutlar (sənəd) əlavə edilmədiyindən məhkəmə hesab etmişdir ki, təqdimatda üzərinə həbs qoyulması nəzərdə tutulmuş yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 saylı Qərarının tələbləri baxımından borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək yeganə yaşayış yeridir və buna görə də təqdimat təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, borclunun əmlakı üzərinə həbsin qoyulmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulsa da, Borclu icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun əmlakı üzərinə həbsin qoyulmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)-638/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Rəşad Həsənov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-534/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-534/2020
02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver