Məhkəmə qərarları › İş №8(103)-535/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-535/2025

14.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-535/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-681/2025 saylı, 12 sentyabr 2025ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi (tələbkar) X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə X7 ilə Cavabdeh birgə nikahından olan övladı - xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh tutulan 160 manat aliment məbləği indeksasiya edilərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment borclu Cavabdeh tutularaq X4 ödənilməsini, alimentin tutulmasının başlanğıcı bu ərizənin məhkəməyə təqdim edildiyi tarixdən hesablanmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 3019 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X6 anası X2 yanında qalması (saxlanılması), xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi, qətnamənin xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin tutulması hissəsində dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X8ma ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyi nəzərə alaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2332/2019 saylı qətnaməsi ilə X7 ilə Cavabdeh birgə nikahından olan övladı - xx.xx.2016cı il təvəllüdlü X6 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay Cavabdeh tutulan 160 manat aliment məbləği indeksasiya edilərək, borclu Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment ödənilməlidir.

3. Borclu Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizəyə etiraz verərək, X2 ərizəsinin qismən təmin edilməsini və xx.xx.2016-cı il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində alimentin ondan tutularaq X4 ödənilməsi barədə, ərizə tələbinin qalan hissədə rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi X7 aliment məbləğinin indeksləşdirilməsi barədə Yasamal rayon Məhkəməsinə ərizə verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2332/2019 saylı qətnaməsi ilə X7 ilə Cavabdeh birgə nikahından olan övladı – xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh tutulan 160 manat aliment məbləği indeksasiya edilərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment borclu Cavabdeh tutularaq X4 ödənilməsi, alimentin tutulmasının başlanğıcı bu ərizənin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması barədə qərardad qəbul ediıməsini xahiş etmişdir. Ərizəyə etiraz edir və bildirir ki, o, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Tikintilərdə fəhləlik etməklə gündəlik tələbatını ödəməyə çalışır. Kommunal haqları və övladına ödənilən 160 manat alimenti valideynləri pensiyası ilə ödəyirlər. O bir valideyn kimi öz məsuliyyətini dərk edir və övladı ilə davamlı ünsiyyətdə olaraq, ona öz atalıq qayğısını göstərir. Alimentin məbləğinin 200 manat olmasına, yəni Respublika üzrə təyin edilmiş minimum əmək haqqının 50% faizi həcmində aliment ödəməyə razıdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-681/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunması qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. 2018-ci il yanvarın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 130 manat müəyyən edildiyini nəzərə alınsa, 160 manat məbləğdə tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində müəyyən olunmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.2 misli həddində indeksasiya olunmalıdır.

6. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarınıa istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Borclu Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-681/2025 qərardadının ləğv edilməsi, X2 ərizəsi qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində alimentin ondan tutularaq X4 ödənilməsi barədə, yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsi təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 2332/2019 nömrəli qətnaməsi ilə X7 ilə Cavabdeh birgə nikahından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh tutulan 160 manat aliment məbləği indeksasiya edilərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment borclu Cavabdeh tutularaq X4 ödənilməsini, alimentin tutulmasının başlanğıcı bu ərizənin məhkəməyə təqdim edildiyi tarixdən hesablanmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-681/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.2 misli həddində indeksasiya olunması; alimentin tutulmasının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-681/2025 saylı qərardadı qanunsuz və əsssızdır, ona görə də ləğv edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Plenum qərarından göründüyü kimi, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə almalı olduğu qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsi isə Ali Məhkəmənin adı çəkilən Plenum Qərarından kənara çıxaraq, 2018-ci il yanvarın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 130 manat müəyyən edildiyini əsas götürərək, 160 manat məbləğdə tutulan alimentin 2018-ci ildə ölkə üzrə müəyyən olunmuş 130 manat minimum əmək haqqının 1.2 misli həddində olması kimi əsaslandıraraq, 2025-ci ildə minimum əmək haqqının 400 manatın 1.2-yə vurulması yolu ilə indeksasiya edilməli olduğu nəticəsinə gəlmişdir ki, belə olduğu təqdirdə ödəməli olduğu alimentin məbləği 480 manat təşkil edəcəkdir. Bu da tamamilə qanunsuzdur və əsassızdır. Belə ki, Ali Məhkəmənin Plenum qərarında deyilir ki indeksasiya həyata keçirilən zaman minimum əmək haqının yarısı məbləğində həyata keçirilməlidir. Əslində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş 160 manat aliment 2019-cu il üzrə ölkə üzrə uşaqları üçün müəyyən olunmuş 160 manat üzrə ölkə üzrə uşaqları üçün müəyyən olunmuş 160 manat həddində təyin edilmişdir. 2025-ci ildə isə uşaqlar üçün minimum yaşayış həddi 246 manat təşkil edir. 2025-ci il üzrə minimum əmək haqqının 0.61-0.62 misli 246 manat təşkil edir ki, məhkəmə də indeksasiyanı bu şəkildə hesablamalı idi.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-681/2025 saylı 12 sentyabr 2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

12. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

13. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

14. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

15. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

16. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

17. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

18. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.

23. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.

24. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.

25. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 160 manat həddində müəyyən edildiyini, alimentin hesablanmağa başlandığı təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqı məbləğini, yəni Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən 2018-ci ilin yanvarın 1-dən başlayaraq 2019-cu ilin mart ayınadək ölkə üzrə minimum əmək haqqının 130 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (160 / 130) aparmışdır.

26. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqı məbləğini nəzərə almışdır.

27. Kollegiya həmçinin qeyd edir ki, borclu narazı qaldığı digər məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

28. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.

29. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2332/2019 nömrəli qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-681/2025 saylı 12 sentyabr 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar