Məhkəmə qərarları › İş №8(103)-537/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-537/2020

01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-537/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Borclu Abdolhossein tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2359/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu iddiaçı Tələbkar oğlunun xeyrinə 98000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 98030 manat məbləğində pul vəsaitinin tutulması tutulması qərara alınmışdır. İcra məmuru Ceyhun Mustafayevin Borclu Abdolhosseinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiirş borclunun icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin, borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-112/2020 nömrəli qərardadı ilə, təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2359/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu, xx xxxxxx 1964-cü il tarixdə İran İslam Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Abdolhosseinin ölkədən getmək hüququnun icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu Abdolhossein həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-112/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ümumiyyətlə onun Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2359/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin qəbul edilməsindən məlumatı olmamış, məhkəmə bildirişləri tərəfindən qəbul edilməmiş, eyni zamanda hər hansı məhkəmə iclasında iştirak etməmiş, yekunda iştirakı olmadan qətnamə qəbul edilmişdir. Belə ki, tərəfindən hər hansı bir poçtla rəsmi qaydada bildiriş və yekun qətnaməni qəbul etməmişdir. Eyni zamanda 2018-ci ilin sentyabr ayında qəbul edilmiş qətnamə ilə bağlı ona rəsmi məlumat verilməmiş və ya bununla bağlı hər hansı xəbərdarlıq göndərilməmişdir. O, ünvan 2 ünvanında xx.xx.2018-ci il tarixdən qeydiyyatda olmaqla, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054, blok “C”, mənzil 50 ünvanında yaşayır. Onun hazırda apelyasiya və kassasiya şikayəti vermək hüquqları var və qətnamənin qanuni qüvvəyə minməsindən məlumatsız olduğu üçün, düşünür ki, hazırki qərardadın qüvvədə olması onun hüquqlarının pozulmasıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiirş borclunun icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin, borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı eləcə də qeyd edir ki, iş materiallarından göründüyü kimi, Borclu Abdolhosseinin borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədi ilə onun əvvəl qeydiyyatda olduğu ünvanına müvafiq qaydada bildirişlər göndərilmiş, “Tələbin könüllü icrası haqqında” xx.xx.2019- cu il tarixli Bildiriş onun tərəfindən xx.xx.2019-cu il tarixdə imza edilməklə qəbul edilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o borcun hər hansı hissəsinin ödənilməsini təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən verilmiş təqdimatı təmin etməklə iş üzrə doğru nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu Abdolhossein tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar