Məhkəmə qərarları › İş №8(103)-538/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-538/2021

08.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-538/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iş üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayyət edilməmişdir (iş səh.45, 52). Həmin maddəyə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Diqqətə çatdırılmalıdır ki, verilmiş şikayətdə tələb aydın ifadə edilməmişdir. Belə ki, əlyazma formasında tərtib edilmiş şikayətin preambulasında 19 avqust 2021-ci il tarixli qərardadından verildiyi qeyd edilsədə, tələb hissəsi aydın (anlaşılan tərzdə) izhar edilməmişdir. Mulki Prosessual Məcəllənin 366-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 266-269, 357, 361-366, 372, 395-397, 402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar