Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-539/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(001)- 6665/2013 saylı icra sənədinə əsasən, Borclu Məhəmməd oğlundan və X2 müştərək qaydada Tələbkar-nin xeyrinə 4550,04 manat məbləğində əsas, 1968,72 manat faiz borcu olmaqla ümumilikdə 6518,76 manatın tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 8(001 )-861/15 saylı qərardadına əsasən, icra məmurunun təqdimatına əsasən icra sənədinin icrası ilə bağlı Borclu Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qərardaddan maraqlarına toxunduğu şəxs X3 şikayət verərək “Mercedes Benz E230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 861/2015 saylı qərardadına əsasən, şikayət təmin olunmuş, “Mercedes Benz E230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İcra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xx xxxxxx 2013-cü il tarixli icra sənədinin icrasına çətinliklər yaradacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-861/2015 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 45.7,50.1, 50.2, 53-cü maddələrindən müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılmasından ibarət olan tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Borclunun əmlakı üzərinə həbs qoyulması icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində və yalnız məhkəmə qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, “Mercedes Benz E230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu Məhəmməd oğlunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır və ərizəçi həmin avtomobili qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etməmişdir. Avtomobilin etibarnamə ilə başqası tərəfindən idarə edilməsi mülkiyyətçinin dəyişməsi demək deyildir. Ona görə də, həmin avtomobili etibarnamə əsasında idarə edən X1 bu cür ərizə ilə məhkəməyə müraciət etməsinin qanuni əsası mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin şikayət ərizəsini təmin edərkən işin yuxarıda qeyd edilən hallarını nəzərə almamışdır. Beləliklə kollegiya işin hallarını, şikayətin dəlillərini və qanunvericiliyin tələblərini nəzərə alaraq bu qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234, 397, 398.0.3, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 861/2015 saylı qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 8(001)-861/2015 saylı qərardadından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №8(103)-539/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-539/2020
07.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver