Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-54/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu əmlakı üzərinə həbs qoyulması barədə icraat üzrə (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulmuşdur) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3165/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməlidir. İcra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Borclu xx.xx.2014-cü il tarixində ölkə sərhədini tərk etdiyi məlum olmuşdur. Borclunun ödənilməmiş 21431 manat aliment borcu vardır.
2. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4, 37 saylı mənzil Borclu mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
3. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək borclu X2 məxsus mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanının üzərinə həbs qoyulması qərara alınmışdır.
5. Daha sonra borclu X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ilə 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilmişdir.
7. Tələbkar Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-190/2022 saylı qərardadından borclu X1 adından verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardaddan Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadı ləğv edilmişdir.
9. Daha sonra Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
10. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-190/2022 saylı qərardadından verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, nümayəndəyə verilmiş etibarnamə qanunvericliyə uyğun olaraq tərcümə edilməmiş, elektron kabinet vasitəsi ilə işə əlavə edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, üzərinə həbs qoyulmuş mənzildən əlavə Borclu Göyçay şəhəri, S.Vurğun küçəsi, ev 100 ünvanda yerləşən yaşayış yeri vardır. Şikayətə əlavə etdiyi arayışdan, Borclu ünvanlanan məhkəmə bildirişlərindən və Borclu tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Borclu əsas yaşayış ünvanı kimi ünvan 2mi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvafiq şikayət, ona vəkil orderi və etibarnamə əlavə edilməməsi səbəbindən geri qaytarılmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
12. Borclu X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından yenidən şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən tələbkarın düzgün olmayan izahatına istinad etmiş, borclunun Göyçay şəhəri, S.Vurğun küçəsi, ev 100 ünvanında yaşayış yerinin olması qeyd etmişdir. Sorğu əsasında əldə edilmiş MAPS arayışından görünür ki, Borclu xx.xx.2002-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Eyni zamanda sorğu əsasında əldə olunmuş arayışa əsasən məlum olur ki, Borclu sözügedən mənzili xx.xx.1999-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Ərizədə qeyd edilən ünvanın Borclu heç bir aidiyyatı yoxdur. Həmin ünvanda borclunun bacısı X3 azyaşlı uşaqları ilə birgə yaşayır. Həmin ünvanın borclunun yaşayış yeri olması barədə tələbkar tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətin təmin edilməsinə digər səbəb kimi isə nümayəndəyə verilmiş etibarnamənin qanunverciliyə uyğun olaraq tərcümə edilməməsi və işə elektron kabinet vasitəsi ilə əlavə edilməməsidir. Qeyd edilən hal aradan qaldırılmış və şikayətə etibarnamə və vəkil orderi əlavə edilir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(005)- 190/2022 nömrəli tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
17. “İcra haqqında” Qanunun 45.1-ci maddəsində qeyd edilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
18. Həmin Qanunun 50.2-ci maddəsində qeyd edilir ki,borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qeyd edilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin mübahisəsiz halları odur ki, Borclu 21 000 manatdan çox aliment borcu vardır. Borclu 2014-cü il tarixdən ölkədən getmişdir və Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4, 37 saylı mənzil onun mülkiyyətindədir.
22. İşə baxan birinci instansiya məhkəməsinin qərardadı ilə borclunun aliment borcuna görə onun mülkiyyətində olan mənzilə həbs qoyulmuşdur.
23. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarında qeyd edilir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən: borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.
24. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, borclu ölkə hüdudlarından kənarda yaşayır, sözügedən mənzildə ailəsi ilə birlikdə yaşamır, icra sənədi üzrə borclunun övladları üçün ödəməli olduğu aliment borcuna görə onun mülkiyyətində olan mənzilə həbs qoymaqda işə baxan rayon məhkəməsi haqlı olmuşdur.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev