Məhkəmə qərarları › İş №8(103)-54/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-54/2024

12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-54/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-792/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində göstərilən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması faktının icra edilməsi üzrə icra hərəkətlərinə, yəni həmin mənzillərin boşaldılaraq icra işi üzrə tələbkar qismində onun həmin mənzillərə köçürülməsinə hüquqi maneə yaradıb-yaratmaması barədə izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)- 792/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı izah verilməsi barədə X1nın ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra, X1nın nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və qətnaməyə izah verilməsinə dair ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-792/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qanunvericiliklə nəzərdə tutlmuş müddəti ötürməklə verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 376/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı izah verilməsi barədə X1nın ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadından X1nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X1nın nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 792/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-792/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X1nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin sözü gedən qərardaddan hər hansı məlumatı olmamış və həmin qərardad rəsmi və ya qeyri-rəsmi qaydada ona təqdim edilməmiş, o cümlədən poçt xəbərnaməsindəki imza isə ona məxsus olmamışdır. Ərizəçinin anası və etibarnamə üzrə nümayəndəsi X6 qətnamənin izahı barədə verdiyi ərizənin aqibəti ilə maraqlanan zaman məlum olmuşdur ki, həmin ərizəyə baxılıb yekun qərardad çıxarılsa da, həmin qərardad qanunla nəzərdə tutulmuş qaydada ərizəçiyə təqdim edilməmişdir. Bundan sonra ərizəçinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsində işə baxmış hakimin köməkçisi ilə əlaqə saxlayıb, qərardadın rəsmi qaydada ona təqdim edilməsini tələb etmiş, lakin hakim köməkçisi poçt xəbərnaməsinə istinad etməklə qərardadın rəsmi qaydada artıq verildiyini bildirərək qərardadı ona təqdim etməkdən imtina etmişdir. Belə olduqda ərizəçinin nümayəndəsi öz etirazını bildirmək üçün rəhbərliyin qəbuluna düşmək istəmiş, qəbulda məsələ araşdırılmış, həmin vaxt qərardadın alınması barədə poçt xəbərnaməsi ərizəçinin nümayəndəsinə təqdim edilmiş, ərizəçinin nümayəndəsi həmin imzanın həqiqətən də ərizəçi və ona məxsus olmadığını qətiyyətlə məhkəmə məsləhətçisinin nəzərinə çatdırmışdır. Bundan sonra sözü gedən qərardad hakim köməkçisi tərəfindən xx.xx.2024cü il tarixli qəbzlə ərizəçinin nümayəndəsinə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, qərardad rəsmi qaydada yalnız xx.xx.2024-cü il tarixdə ərizəçiyə təqdim edilmiş sayılır, 10 günlük şikayət müddəti xx.xx.2024-cü il tarixdə bitir. Bu baxımdan ərizəçinin vəkilinin qərardaddan verdiyi şikayət qanunla müəyyən edilmiş şikayət müddətinin 4-cü günündə verildiyindən prosessual müddət ötürülməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan sənədlərdən və Elektron Məhkəmə İnformasiya Sistemindən X1 barəsində əldə edilmiş məlumatlardan da görünür ki, X3 rəsmi qeydiyyata alındığı ünvan ünvan 1 müvafiq olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadı X1nın rəsmi qeydiyyata alındığı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, ev 10, mənzil 100 ünvanına göndərilmiş və iş materiallarında olan xəbərnamədən görünür ki, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadını xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Lakin, daha sonra ərizəçinin nümayəndəsi X6 məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadını əldə etmədiklərini bildirmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(004)-792/2023 nömrəli qərardadı ərizəçi tərəfindən xx.xx.2023cü il tarixdə rəsmi qaydada alınsa da, xx.xx.2024-cü il tarixdə müvafiq qərardad təkrarən ərizəçinin nümayəndəsi X4 verilmişdir. Belə olan halda, iddiaçı qərardaddan şikayəti qərardadı rəsmi qaydada ilkin olaraq aldığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində verməli idi. Lakin, cavabdeh şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron kabinet” vasitəsilə göndərməklə qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-792/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar