Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-541/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci tarixli, 2(005)-623/2018 saylı icra sənədi üzrə icraata icra edilməsi üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci tarixli, 2(005)-623/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə X2nun şikayət ərizəsi təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Borclu X3 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və tələbkarın şikayəti yenidən baxılması üçün iş materialları həmin rayon məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyevin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından X2nun nümayndəsi Nümayəndə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, Borclu tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə X7 barəsində həqiqətə uyğun olmayan məlumatların çatdırılmasına görə üzr istəməsi məzmunu daşıyan məktub göndərilməklə üzr istənilməsi” məktubunun göndərilməsi borclu tərəfindən bilavasitə deyil, icra məmuru tərəfindən tərəfləri məlumatlandırılmaqla və iştirakı təmin olunmaqla həyata keçirilməli olduğu, halda icra məmuru izah barədə qərardadın tam əskinə olaraq icra sənədinə xitam vermişdir. Bununla da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-623/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədini icra olunmadan icra icraatına xitam verilmişdir. Yuxarıda göstərilən səbəblərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci bəndinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14752/2019 saylı xx.xx.2019-saylı qərardadı ilə, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-623/2018 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizə təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-623/2018 nömrəli qətnaməsinin “Borclu üzr istəsin” hissəsi “Borclu tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə X7 barəsində həqiqətə uyğun olmayan məlumatların çatdırılmasına görə üzr istəməsi məzmunu daşıyan məktub göndərilməklə üzr istənilsin” kimi izah edilmişdir. Borclu Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktuba qeyd olunmuşdur ki, tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda “X1 içkilərə aludə olması, qeyri-sağlam həyat tərzi keçirməsi, cavabdehə məxsus mağazanı və ona məxsus əşyaları ilə sataraq küllü miqdarda ziyan vurması” kimi məlumatların həqiqətə uyğun olmadığını bildirməklə X6 üzr istəmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə aktlarının icrası onların nəticə hissəsi ilə birbaşa bağlıdır. Yalnız qət olunan hissədə göstərilənlər icra hərəkətlərinin predmetini təşkil edir və məcburidir. Borclu tərəfindən qətnamənin həmin hissəsinin izah qərardadında müəyyən olunmuş qaydada icra edildiyi iş materialları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-114/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-541/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-541/2020
01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver