Məhkəmə qərarları › İş №8(103)-542/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-542/2020

02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-542/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1721/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərardadından maraqlı şəxs E.İsmayılov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan Mercedes Benz C 180 minik markalı ** NA *** qeydiyyat nişanlı, Qaz 3115 120 minik markalı ** LJ *** qeydiyyat nişanlı, Mercedes Benz 280 minik markalı ** LN *** qeydiyyat nişanlı, Toyota Camry minik markalı ** DM *** qeydiyyat nişanlı və Mercedes Benz 200 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)- 1721/2018 saylı qərardadından şikayət verərək qərardadın qismən, Toyota Camry minik markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməklə icra məmurunun təqdimatının həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1721/2018 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadının qismən, Toyota Camry minik markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməklə icra məmurunun təqdimatının həmin hissədə təmin edilməməsinə dair şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadına əsasən Mercedes Benz C 180 minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1721/2018 saylı qərardadına əsasən Mercedes Benz 280 minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı Toyota Camry markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli ƏN-İİİ № 261401 saylı etibarnamənin surətindən müəyyən olunur ki, Borclu mülkiyyətində olan Toyota Camry markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2061-ci il tarixədək idarə etməyi X2 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 181.1.-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4.-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Kollegiya işdə olan sübutlara məcmu halında qiymət verib qeyd edir ki, Toyota Camry markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 etibarnaməli idarəçiliyinə verilməsi həmin əmlaka X1 mülkiyyət hüquqlarının yaranması üçün əsas olmadığından, icra sənədi üzrə borclu tərəfindən icra sənədinin icrasının təmin edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından şikayətin təmin edilməsi qeyrimümkündür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1721/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar