Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-544/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ surət QƏRARDAD 8(103)-544/2020 xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-201/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Borclu qarşı "mənzilə köçürülmə" tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Borclu ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar qarşı "əşyaların çıxarılması və s." tələbinə dair iddia ərizəsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Borclu qarşı "mənzilə köçürülmə" tələbinə dair ilkin iddiası təmin edilmiş, Tələbkar azyaşlı övladı X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 3166 məhəllə, 2-ci yaşayış binası, 119 nömrəli mənzilə köçürülməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Borclu ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar qarşı "əşyaların çıxarılması və s." tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Tələbkar azyaşlı övladı X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 3166 məhəllə, 2-ci yaşayış binası, 119 nömrəli mənzilə köçürülməsi və ona aid olan əşyalar Borclu məxsus bu mənzilin digər iki otağından çıxarılması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi rədd edilmişdir. Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadında müvafiq qətnamənin göstərilən hissəsinə izahın verilməsinə eytiyacın olmaması qənaətinə gəlməsi, ilkin iddia üzrə cavabdeh Borclu mənzilə köçürülmə tələbinə dair ilkin iddianın etiraf etməsini, keçmiş gəlininin və nəvəsinin ona məxsus evə köçərək birlikdə yaşamalarına etiraz etmədiyini, ona məxsus mübahisəli evin 3 otaqdan ibarət olduğunu qeyd etməklə, bir otağının tam şəkildə onların istifadəsinə verilməsinə razı olduğunu bildirdiyini və bu səbəbdən otağın seçilməsinin məhkəmədən kənar qaydada tərəflərin razılığına əsasən həll olunduğunu müvafiq qətnamədə öz əksini tapdığı qeyd olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu ıl tarixli, 2(006)-7056/2019 saylı qətnaməsinin qət etdi hissəsində onun azyaşlı övladı ilə birlikdə Yasamal rayonu, H.Zərdabi küçəsi, 3166 məhəllə, 2-ci yaşayış binası, 119 nömrəli mənzilə köçürülməyi və ona aid olan əşyalar cavabdehə məxsus olan həmin mənzilin digər iki otağından çıxarılması qeyd olunmuşdur. İş üzrə cavabdeh Borclu köçürülməyə dair ilkin iddianı etiraf etməsinə baxmayaraq, mübahisəli mənzilin hansı otağından onun istifadə etməyi və ona məxsus əmlakların hansı 2 otaqdan çıxarılması məsələsi öz həllini hazırkı dövrədək tapmamışdır. Halbuki, məhkəmə nədənsə qeyd olunan məsələnin tərəflər arasında həll olunduğu qənaətinə gəlmişdir. Bundan başqa o, məhkəmənin müvafiq qətnaməyə izah verərkən, o, övladı ilə birlikdə qeyd olunan mənzilin ən böyük otağına köçürülməyini nəzərə almağını xahiş etmişdir. Göründüyü kimi mübahisəli mənzildə otaqlar bir-birilərindən fərqlidirlər. İlkin iddia üzrə cavabdeh Borclu məhkəmədə onun mübahisəli mənzildə yaşamasına etiraz etmədiyini bildirsə də, faktiki olaraq bu günə kimi o, heç bir otaqdan normal istifadə edə bilmir və cavabdeh isə çəkinmədən onun əşyalarından istifadə edir. Hesab edir ki, məhkəmə kollegiyası müvafiq qətnaməyə izah verməlidir. Əks halda onun övladı ilə birlikdə həmin mənzildə yaşamaları mümkünsüz olacaqdır. Qeyd olunandan göründüyü kimi, Yasamal rayonu, H.Zərdabi küçəsi, 3166 məhəllə, 2-ci yaşayış binasının 116-cı mərtəbəsindəki, ümumi sahəsi 112,8 kv.m olan 119 nömrəli mənzil 3 otaqlıdır. Məhkəmənin müvafiq qətnaməsində onun əşyalarının cavabdehə məxsus həmin mənzilin 2 otağından çıxarmağını qərara almışdır. Belə olduğu halda onun əşyalarının qeyd olunan mənzilin hansı 2 otağından çıxarılmasını və onun övladı ilə birlikdə həmin mənzilin hansı otağına köçürülməyi məlum deyil. Məhkəmənin müvafiq qətnaməsi bu hissədə aydın və dəqiq deyildir. Belə olan halda qətnamənin icrası çətin və qeyri-mümkün olur. Bununla yanaşı, məhkəmə müvafiq qətnaməyə izah verərkən, onu övladı ilə birlikdə qeyd olunan mənzilin ən böyük otağına köçürülməyi nəzərə alınmalıdır. Məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-201/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə “qətnaməyə izah verilməsi” barədə ərizəni nəzərdən keçirərək qətnamənin göstərilən hissəsinə izahın verilməsinə ehtiyac olmadığı qənaətinə gəlir. Belə ki, Tələbkar izahın verilməsi xahiş etdiyi məsələ qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması ilə bağlı olmadığı müəyyən edilmişdir. İzah verilməsi tələb edilən qətnamə ilə müəyyən edilmiş hallardan həmçinin görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Borclu mənzilə köçürülməsi tələbinə dair ilkin iddianı etiraf edərək, keçmiş gəlini və nəvəsinin ona məxsus evə köçərək onunla birlikdə yaşamalarına etiraz etməmiş, ona məxsus mübahisəli evin 3 otaqdan ibarət olduğunu qeyd etməklə, bir otağının tam şəkildə onların istifadəsinə verilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi otağın seçilməsi məsələsinin məhkəmədən kənar qaydada tərəflərin razılığına əsasən həll edilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində də öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmn Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq ərizəni təmin etməmişdir. Əvvəla ona görə ki, “İcra haqqında” Qanunun 14.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədində tələblər dəqiq və aydın göstərildiyindən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərara izah verilməsinə hər hansı bir lüzum olmamışdır. İkincisi, Tələbkar qətnaməyə izah verərkən, övladı ilə birlikdə qeyd olunan mənzilin ən böyük otağına köçürülməyini nəzərə almağı xahiş etdiyini göstərsə də onun bu istəyi qətnaməyə izah verilməsi yolu ilə həyata keçirilə bilməz. Çünki, qətnamədə onun mübahisəli mənzilin ən böyük otağına köçürülməsi qət olunmamışdır. Qətnaməyə izah vermək yolu onun məzmununun dəyişdirilməsi yaxud məhkəmə baxışının predmeti olmayan məsələnin həll edilməsi isə yol verilməzdir. Başqa sözə Tələbkar mübahisəli mənzilin ən böyük otağına köçürülməsi məsələsi ayrıca məhkəmə baxışının predmeti olmamış, izah yolu ilə bu istəyi təmin olunduğu halda isə qətnamənin məzmunu dəyişmiş olacaqdır ki, buda mümkün ola bilməz. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-544/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-544/2020
07.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver