Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-547/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-725/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxx (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11588/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 116526-1-8422 saylı avtomobil krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş 11766,15 ABŞ dolları əsas borc, 1285,22 ABŞ dolları faiz borcu, 10,40 ABŞ dolları cərimə olmaqla cəmi 13061,77 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun 29,70 manat hissəsi iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalıdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Orxan Abdullayevin xx.xx.2017-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-11588/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx (Azərbaycan)” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Borclu məxsus “Chevrolet Aveo minik” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda cəmi 9000 manata satılmış və kredit borcu hazırda tam ödənilməmiş qalmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş № 8(004)-725/20) şikayət geri qaytarılmışdır (qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən). Tələbkar “xxxx (Azərbaycan)” ASC sözügedən qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, həmin qərarın tələbkar “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsinə təqdim olunması və ya nümayəndəsi tərəfindən alınmasına dair heç bir sübut mövcud deyildir. Ümumiyyətlə, həmin qərarın surəti hal-hazıra kimi Banka daxil olmamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş №8(004)-725/20) şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi tərəflərə göndərilsə də, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” (Azərbaycan) ASC-nin şikayət ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən 145996 saylı icra işinə istinad etmiş və qeyd etmişdir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(004)-11588/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarı tələbkar “xxxx (Azərbaycan)” ASC-yə elə həmin tarixdə, yəni xx xxxxxx 2017-ci il tarixdə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi icra məmurunun qərarından verilmiş şikayəti geri qaytararkən 145996 saylı icra işinə istinad etmişdir. Lakin həmin icra işinin məhkəməyə təqdim edilməsi və ya ona baxış keçirilməsi iş materiallarından görünmür. İş materiallarında olan icra sənədinə xitam verilməsi haqqında qərarın tələbkara göndərilməsi məktubunun surətində tarix xx.xx.2017-ci il kimi göstərilsə də, həmin məktubun qeyd olunan tarixdə tələbkara rəsmi şəkildə göndərilməsi və ya təqdim edilməsinə aid heç bir mötəbər sübut iş materiallarında aşkar edilməmişdir. Belə olan halda isə qərarın göstərilən tarixdə tələbkara göndərilməsinə istinad edilməsi düzgün deyildir. Tələbkar müvafiq qərarın onlara təqdim edilmədiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz istinad etdiyi əsasın, yəni xx.xx.2017-ci il tarixli qərarın həqiqətən də həmin tarixdə tələbkara göndərilməsi və ya rəsmən təqdim edilməsini yoxlamadan, yalnız işdə olan məktubun kserosurəti əsasında xx.xx.2017-ci il tarixdə qərarın tələbkara göndərilməsi nəticəsinə gəlməklə səhvə yol vermişdir. Mübahisələndirilən qərarın uzun müddət əvvəl qəbul edilməsi nəzərə alındıqda, qərarın banka göndərilib-göndərilməməsi, göndərilmişdirsə, nə vaxt rəsmi təqdim edilməsi qeyri-müəyyən olduğundan, tələbkarın qərardan şikayət vermə müddətinin ötürülübötürülməməsini aydınlaşdırmaq mümkün deyildir. Bu halın araşdırılması üçün icra işinin nəzərdən keçirilməsinə zərurət yaranır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər Beləliklə, birinci instansiya məhkəməsi icra işini tələb etmədən, icra icraatına xitam verilməsi barədə qərardan şikayət vermə müddətinin keçib-keçməməsini dəqiq müəyyənləşdirmədən birbaşa şikayəti geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən pozuntular aradan qaldırılmalı, müvafiq icra işi Yasamal rayon icra və probasiya şöbəsindən tələb edilib öyrənilməli və icra işi üzrə materiallar məhkəmə iclasında araşdırılmaqla yuxarıda qeyd edilən məsələyə bir daha aydınlıq gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İcra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxx (Azərbaycan)” ASC-nin şikayətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-547/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-547/2020
09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver