Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-547/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-449/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu X1 rayon İcra şöbəsinin icraata başlamaq haqqında 19.05.2021-ci il tarixli qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həbs qoyulmuş pul məbləğinin X6 heç bir aidiyyəti yoxdur, həmin pul məbləğinin üzərinə həbsin qoyulması qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-449/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraata başlamaq haqqında 19.05.2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)- 449/2021 saylı qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-449/2021 saylı qərardadı əsassız və qanunsuzdur. Ona görə də həmin qərardad ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-449/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6878/2019 saylı, 19 noyabr 2019- cu il tarixli icra vərəqəsindən görünür ki, X8, X5, X3 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan şikayət edilən Binəqədi rayon İcra şöbəsinin icraata başlamaq haqqında 19.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2896/2021 saylı, 05.05.2021-ci il tarixli icra sənədi ilə cavabdeh X4 "xxxx" KB ASC-də olan hesablarındakı 90.000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad dərhal icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinin birinci hissəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, icra məmuru tərəfindən icra hərəkətləri icra qanunvericilyinin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)- 449/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-449/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-547/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-547/2021
26.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver