Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-548/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Borclu Mirbəhmənov Vladislav Gennadiyeviçin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-715/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qərardadından borclu Mirbəhmənov Vladislav Gennadiyeviç tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(011)-1150/2021 nömrəli qətnaməsinə əsasən borclu Azər-Türk Bank ASC ilə Əliyev Samir Əli oğlu arasında bağlanmış 19.03.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Əliyev Samir Əli oğlundan və Mirbəhmənov Vladislav Gennadiyeviçdən 4320,28 manat əsas borc, 717,26 manat faiz borcu olmaqla cəmi 5037,54 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Azər-Türk Bank ASC-yə ödənilməsi qət edilmişdir. Daha sonra borclu Mirbəhmənov Vladislav Gennadiyeviç Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(011)-1150/2021 nömrəli icra sənədi ilə müəyyən edilmiş 5067,54 manat borcun hissə-hissə hər ay 50-60 manat olmaqla icraya yönəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(011)-1150/2021 nömrəli qətnaməsinə əsasən borclu Azər-Türk Bank ASC ilə Əliyev Samir Əli oğlu arasında bağlanmış 19.03.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Əliyev Samir Əli oğlundan və Mirbəhmənov Vladislav Gennadiyeviçdən 4320,28 manat əsas borc, 717,26 manat faiz borcu olmaqla cəmi 5037,54 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Azər-Türk Bank ASC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda halhazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli 2(007)-280/2019 nömrəli qərardadına əsasən hər ay 160 manat alimentin ondan alınaraq Mirbəhmənova Nərminə Mir Vaqif qızına ödənilməsi qərara alınmışdır. Hal-hazırda maddi imkanı kredit borcunu ödməyə yetmir. Hər ay 50-60 manat borcdan ödəniş edə bilər. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(011)-1150/2021 nömrəli icra sənədi ilə müəyyən edilmiş 5067,54 manat borcun hissə-hissə hər ay 50-60 manat olmaqla icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-715/2021 nömrəli 13 sentyabr 2021ci il tarixli qərardadı ilə borclu Mirbəhmənov Vladislav Gennadiyeviçin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan borclu Mirbəhmənov Vladislav Gennadiyeviç şikayət verərək qəraradın ləğv edilməsini və məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-715/2021 nömrəli 13 sentyabr 2021ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu Mirbəhmənov Vladislav Gennadiyeviç şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, 250 manat rəsmi maaş almaqla onun 160 manatını aliment ödəyir və ona görə də o ayda 50-60 manat ödəyə bilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 715/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qətnamənin icrasına möhlət verilməsinə əsas ola biləcək hallara dair heç bir sübut təqdim etmədiyindən, habelə icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə zidd olduğundan təmin oluna bilməz. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-715/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Mirbəhmənov Vladislav Gennadiyeviçin şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-715/2021 nömrəli 13 sentyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-548/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-548/2021
20.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver