Məhkəmə qərarları › İş №8(103)-55/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-55/2021

02.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-55/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin «əmlakın üzərinə həbs qoyulması» barədə təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(006)-31/2020 saylı qərardadından maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və ləğv prosesində olan «X9» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətlər üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi (icra məmuru Nəzrin İbişova) təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, borclu «xxxx» MMC-nin birgə fəaliyyət üzrə tərəfdaşı Maraqlı şəxs2 tərəfindən LPO «X9»na girov qoyulmuş və hal-hazırda X1 saxlanılan əşyaların üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş Nəsimi Rayon Məhkəməsinin 2(006)-2426/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 ilə «xxxx» MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli AFƏ 233929 saylı müqavilə ləğv edilməlidir. Girov qoyulmuş: 3 ədəd sep, 2 kulon (yantar qaşlı), 2 ədəd üzük, 1 ədəd saat, 1 ədəd 5-lik (qulplu), 1 ədəd komplekt (abadok), hil (38 ədəd) muncuq-ümumi çəkisi 77,6 qram (təmiz çəkisi 70 (yetmiş) qram olan 583 əyar üzrə qızıl-zinət əşyaları borclu «xxxx» MMC tərəfindən tələbkar X5 qaytarılmalıdır. Girov qoyulan qızıl-zinət əşyalarına görə tələbkar X4 ödənilməmiş qalan 690 manat məbləğində pul vəsaiti borclu «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. xx.xx.2019-cu il tarixində icraata daxil olmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9536/2019-003 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh «xxxx» MMC-dən dəyəri 600 manat olan çəkisi 12,3 qram olan 2 ədəd qızıl sep, dəyəri 300 manat olan çəkisi 4,5 qram olan 2 ədəd üstü ağ sadə qaşılı üzük, dəyəri 900 manat olan çəkisi 6,5 qram olan 1 cüt qızıl sırğa (üstü ağ sadə qaş, əzik, bir qaşı yox), dəyəri 300 manat olan çəkisi 4,3 qram olan 1 ədəd qolbaq, dəyəri 100 manat olan çəkisi 1,6 qram olan 1 ədəd klon və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar verilməlidir. Həmin qızı-zinət əşyaları mövcud olmadıqda onların dəyəri «xxxx» MMC-dən tutularaq X3 verilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4941/2018-006 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən «xxxx» MMC-dən 1 ədəd brilyant qaşlı qızıl üzük, 1 ədəd qızıl yaxa sancağı (750 əyarlı) cəmi çəkisi 5.8 qram, bir cüt qızıl sırğa (583 əyarlı) çəkisi 1.8 qram, bir ədəd qızıl klon və cəmi çəkisi 16 qram olan 1 ədəd sünbül toxunuşlu qızıl qolbağ (583 əyarlı) alınmalıdır Qasımova Göyçək Bayram qızına verilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. xx.xx.2019-cu il tarixində icra sənədlərinin ümumi icraatda birləşdirlməsi ilə bağlı qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar aparılan icra tədbirləri zamanı borclu «xxxx» MMC ilə Maraqlı şəxs2 arasında xx.xx.2012-ci il tarixli birgə faəliyyət müqaviləsi əsasında Borclu MMC-də girov saxlanan qızılların «Qafqaz İnkişaf» Bankına xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixində girova qoyulduğu məlum olmuşdur. Maraqlı şəxs2 Şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, «X9»na girov qoyulmuş qızıl-zinət əşyaları X1 saxlancdadır. Ərizəçi həmin əşyaların «xxxx» MMC-yə məxsus olmasını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq borclunun qeyd olunan icra sənədinin icrasından yayına bilməməsi üçün üçüncü şəxslərdə olan əmlak üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən təqdimatın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(006)- 31/2020 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) təqdimat təmin olunmuşdur. Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və ləğv prosesində olan «X9» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayətlər təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Maraqlı şəxs2 şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiasının təmin olunaraq, Əmanətlərin Sığortalanması Fondunda saxlanılan girov qoyulmuş ümumi çəkisi 583 əyar üzrə – 132 ədəd (2727,1 qram), 585 əyar üzrə – 41 ədəd (613,2 qram), 750 əyar üzrə – 32 ədəd (414 qram), cəmi 3754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək iddiaçı Maraqlı şəxs2 qaytarılmasının qət olunması, cavabdeh tərəfindən qətnamənin könüllü icrası zamanı həmin qızılların üzərinə həbs qoyulmasının məlum olması, bu səbəbdən də qətnamənin icra olunmaması, hüquqlarının pozulması kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. ləğv prosesində olan «X9» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, Əmanətlərin Sığortalanması Fondunda saxlanılan qızıl-zinət əşyalarına dair ayrıca məhkəmə qərarının mövcud olması, icra məmurunun təqdimatda istinad icra sənədlərindəki qızıl-zinət əşyalarının saxlancda olan qızıllara aidiyyətinin olmaması, həmin icra sənədləri üzrə cavabdehin (borclunun) Maraqlı şəxs2 deyil, «xxxx» MMC olması, icra məmurunun təqdimatının əsassız olması kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 ilə «xxxx» MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, AFƏ 233929 saylı müqavilə ləğv edilməli, girov qoyulmuş: 3 ədəd sep, 2 kulon (yantar qaşlı), 2 ədəd üzük, 1 ədəd saat, 1 ədəd 5-lik (qulplu), 1 ədəd komplekt (abadok), hil (38 ədəd) muncuqümumi çəkisi 77,6 qram (təmiz çəkisi 70 (yetmiş) qram olan 583 əyar üzrə qızıl-zinət əşyaları borclu «xxxx» MMC tərəfindən tələbkar X5 qaytarılmalı, girov qoyulan qızıl-zinət əşyalarına görə tələbkar X4 ödənilməmiş qalan 690 manat məbləğində pul vəsaiti «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən - cavabdeh «xxxx» MMC-dən dəyəri 600 manat olan çəkisi 12,3 qram olan 2 ədəd qızıl sep, dəyəri 300 manat olan çəkisi 4,5 qram olan 2 ədəd üstü ağ sadə qaşılı üzük, dəyəri 900 manat olan çəkisi 6,5 qram olan 1 cüt qızıl sırğa (üstü ağ sadə qaş, əzik, bir qaşı yox), dəyəri 300 manat olan çəkisi 4,3 qram olan 1 ədəd qolbaq, dəyəri 100 manat olan çəkisi 1,6 qram olan 1 ədəd klon və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar verilməli, həmin qızıl-zinət əşyaları mövcud olmadıqda onların dəyəri «xxxx» MMC-dən tutularaq X3 verilməlidir. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən – «xxxx» MMC-dən 1 ədəd brilyant qaşlı qızıl üzük, 1 ədəd qızıl yaxa sancağı (750 əyarlı) cəmi çəkisi 5,8 qram, bir cüt qızıl sırğa (583 əyarlı) çəkisi 1,8 qram, bir ədəd qızıl klon və cəmi çəkisi 16 qram olan 1 ədəd sünbül toxunuşlu qızıl qolbağ (583 əyarlı) alınaraq Qasımova Göyçək Bayram qızına verilməlidir. Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilən, xx xxxxxx 2018-ci il, xx xxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixli qərarların surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən icra sənədləri üzrə icraata başlanılmış, xx xxxxxx 2019-cu il tarixli qərarla isə icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra məmuru təqdimatında göstərmişdir ki, icra tədbirləri zamanı borclu «xxxx» MMC ilə Maraqlı şəxs2 arasında xx.xx.2012-ci il tarixli birgə faəliyyət müqaviləsi əsasında Borclu MMC-də girov saxlanan qızılların «X9» ASC-yə xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixində girova qoyulduğu məlum olmuşdur. Maraqlı şəxs2 Şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, «X9»na girov qoyulmuş qızıl-zinət əşyaları X1 saxlancdadır. Ərizəçi həmin əşyaların «xxxx» MMC-yə məxsus olmasını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq borclunun qeyd olunan icra sənədinin icrasından yayına bilməməsi üçün üçüncü şəxslərdə olan əmlak üzərinə həbs qoyulması zərurəti yaranmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən tam və hərtərəfli araşdırma aparmamış, məhz icra sənədlərində göstərilən qızıl-zinət əşyalarının həqiqətən Maraqlı şəxs2 tərəfindən «X9» ASC-yə girov qoyulmasını, bu faktın hansı sənədlə (girov müqavilələri, akt və s.) təsdiq olunmasını, əgər təsdiq olunarsa belə, o zaman sözügedən qızılların hazırda Əmanətlərin Sığortalanması Fondunda saxlanılmasını və s. bu kimi zəruri halları yoxlamamış, işdə isə belə bir sənədlər mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız Maraqlı şəxs2 icra məmuruna verdiyi izahatına əsaslanmış, lakin icra işini tələb edərək ona baxış keçirməmiş, bu istiqamətdə icra məmuru tərəfindən həyata keçirilmiş icra hərəkətlərinin nədən ibarət olmasını, qızılların həqiqətən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunda saxlanılmasının yoxlanılıbyoxlanılmamasını, müvafiq təsdiqedici sənədlərin tələb olunub-olunmamasını və s. araşdırmamışdır. Bununla yanaşı, tələbkarlara məxsus qızılların Maraqlı şəxs2 tərəfindən «X9» ASCyə girov qoyulması, həmin qızılların hazırda Əmanətlərin Sığortalanması Fondunda saxlanılması müəyyən ediləcəyi halda, həmin qızılların Maraqlı şəxs2 tərəfindən təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsində (qətnamənin qanuni qüvvədə olması yoxlanılmaqla) göstərilən qızılların içərisində olub-olmaması da yoxlanılmalı, əmlakların üzərinə həbsin qoyulması qətnamənin icrasına maneə təşkil edib-etməməsi baxımında əsaslandırılmalıdır. Maraqlı şəxs2 qərardaddan verdiyi şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini əlavə etsə də, birinci instansiya məhkəməsi MPM-nin 269-cu maddəsinə əsasən şikayətin dəlillərini yoxlayarkən bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin «əmlakın üzərinə həbs qoyulması» barədə təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(006)-31/2020 saylı qərardadından maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və ləğv prosesində olan «X9» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(006)- 31/2020 saylı qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar