Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-55/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 536/2022 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ilə müraciət edərək, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 536/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-536/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 8(005)- 536/2022 saylı qərardadı ilə müddətin ötürülməsi ilə əlaqədar şikayət geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 8(005)-536/2022 saylı qərardadı ilə borclunun müddətin bərpasına dair ərizəsi təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 8(005)- 536/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7570/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 1 ədəd dəyəri 7000 manat olan qızıl kişi qol saatı və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyü olmadığı təqdirdə isə onların dəyəri X9 xeyrinə tutulmalıdır. Beləliklə artıq məhkəmə qaydasında 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyü qiymətləndirilmişdir. X5 icra dövründə 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyü qəbul etməkdən imtina etmişdir. Belə olan halda qeyd olunan əşyaların qiymətləndirilməsinin əhəmiyyəti yoxdur. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə istinad edərək qərar qəbul etmişdir. Halbuki həmin norma mövcud vəziyyəti tənzimləmir. X14Əlisa oğlu icra sənədi icra olunarkən borcludan alınmış 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyü götürməkdən imtina etdiyindən icra sənədini vermiş məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə qətnaməsində qızıl-zinət əşyalarını fərdiləşdirməyə imkan verən məlumatlar əks etdiyilməmişdir (əşyaların çəkisi, əyarı, modeli, markası, buraxılış ili , istehsalçı ölkə və s. kimi) İcra mərhələsində X1 təqdim etdiyi qızıl-zinət əşyalarını tələbkar qəbul etməkdən imtina etmişdir. Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarının əsviri hissəsində qeyd edilir ki, məhkəmə iclası zamanı təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, video-görüntülərdə X12 istifadə etdiyi 01 ədəd qol saatı və 01 ədəd üzük ilə X4 məhkəmə iclasında təqdim etdiyi əşyalar arasında eynilik müəyyən edilməmişdir. İşin hallarından görünür ki, icra məmuru icranı təmin etmək üçün bütün imkanlardan istifadə etmək məqsədi ilə qiymətləndiricinin dəvət olunması barədə qərar qəbul etmişdir. Məhkəmə bu halda icra məmurunun bu barədə qərarını əsaslı hesab edir. Eyni zamanda həmin qərarın ləğv edilməsi barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab etməklə ləğv edilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Belə ki, şikayətdə İcra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin bu halı tənzimləməməsinə baxmayaraq bu müddəya istinad etməsinin düzgün olmamasını qeyd etsə də, məhkəmə həmin dəlili əsaslı hesab etmir. Tələbkar tərəfindən qəbul edilməli olan əmlakın qəbul edilməməsi yalnız bir əsasla, yəni əşyanın həmin əşya olmaması ilə yanaşı dəyərinin məhz həmin qiymətdə olmaması baxımından olmuşdur. İcra vərəqəsində qeyd edilən 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyünün borclunun təqdim etdiyi 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyü ilə eyniləşdirməyə imkan verən yeganə meyar həmin əşyaların dəyəridir. Qiymətləndirici tərəfindən veriləcək rəydə tələbkara təklif edilən əşyaların qiymətlərinin icra vərəqəsində qeyd edilən qiymətlərlə eyni olacağı halda, tələbkar icranı qəbul edə bilər ki, bu da məhkəmə qətnaməsinin icrasını təmin edəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən müddəasının isə qanunda qeyd edilməsinin lüzumluluğu baxımından yanaşıldıqda məhz belə halların arardan qaldırılmasına xidmət etməsi aşkar görünür. Bu da icra mərhələsinin qüsursuz, tələbkarın və borclunun manafelərinin bərabərlik çərçivəsində qorunmasını özündə ehtiva edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-536/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-536/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-55/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-55/2023
24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver