Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-55/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, X8 və X4 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 8(011)-977/2024 saylı qərardadından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, 2(011 )-3338/2021 saylı, 21,05.2021-ci il tarixli qətnamənin icra edilməsi barədə müvafiq tədbirlər görülməsini və icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdeh Borclu qarşı cavabdehin ona məxsus Bakı şəhəri, Xətai Rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzildən məcburi şəkildə çıxarılmasına və ondan vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. 2(011)- 3338/2021 saylı iş oakim Lalə Rəhimlinin icraatında olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Borclu ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir.İş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin icraatındadır. Lakin qətnamə müxtəlif əsaslarla, bəhanələrlə icra edilməməkdədir. Borclu mənzilin binasının yan tərəfindən daş divarı qanunsuz şəkildə dağıdaraq, qanunsuz olaraq mənzilə daxil olmuş və bugünədək mənzildən çıxmamışdır. Bakı Şəhəri Xətai Rayon icra Şöbəsinin icra məmuru Elşən bəşirli Xətai Rayon Məhkəməsinin 2(011 )-3338/2021 saylı21,05.2021-ci il tarixli qətnaməsinin mənzilin kimə təhvil verilməsi, mənzilin əşyalarla birlikdə və ya əşyasız boşaldılması və kimlərin həmin mənzildən çıxarılması hissəsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 8(011 )-1119/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ərizə rədd edilmişdir. Həmin qərardadda 2(011 )- 3338/2021 saylı 21,05.2021-ci il tarixli qətnamənin aydın olduğu qeyd edilsə də, icra məmuru qətnaməni bu günədək icra etməmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-977/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadı ilə X2 nümayəndəsi və vəkili Vəkil “2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin icra edilməsi barədə müvafiq tədbirlər görülməsi və icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsi” barədə şikayət ərizəsi təmin edilməmişdir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 8(011)-977/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 27 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 iddiası qismən təmin edilərək Borclu Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin 2 otaqdan ibarət 14 saylı mənzildən çıxarılması qət edilmişdir. Lakin 2021-ci il tarixli qətnamə icra məmuru tərəfindən müxtəlif bəhanələrlə icra edilmədiyi üçün tərəflərindən bu barədə ərizə ilə yenidən məhkəməyə müraciət etdilər. Məhkəmə iclasları zamanı müəyyən edilmişdir ki, guya sözügedən qətnamə icra məmuru tərəfindən icra edilmiş və Borclu həmin mənzildən çıxarılmışdır. Bununla əlaqədar icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Hətta icra məmuru tərəfindən eyni tarixli akt da tərtib edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, əgər qətnamə icra edilibsə, bəs nə üçün bu barədə tələbkara məlumat verilmir? Nə üçün tələbkar hələ də ona məxsus mənzilə daxil ola bilmir? Əgər qətnamə icra edilibsə, prokurorluqda davam edən cinayət işi niyə açılmışdır? Əgər məhkəmə qətnaməsi icra edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilibsə, tələbkarın bu qərardan niyə məlumatı yoxdur? Borclunun həmin mənzildən çıxarılması zamanı tələbkarın məlumatlandırılmaması, prosesin gizlin aparılması icra prosesini formal həyata keçirildiyini göstərməkdədir. İddiaçı həmin prosesdə iştirak etməmiş, xitam qərarı tələbkara təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi icra məmuru tərəfindən hələ də icra edilməmişdir. Halbuki ən ali qanun Konstitusiyanın 129-cu maddənin 1-ci bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiyanın 129-cu maddəsinin 2-ci bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin bu günə kimi qətnamənin icra edilməməsinə görə Borclu heç bir məsuliyyətə cəlb edilməmiş, üstəlik özü və ailəsi həmin mənzildə yaşamaq üçün fürsət əldə ediblər. Başqasına məxsus mənzilə qəsd ediblər. İcra məmuru isə bu qanunsuzluğa, mülkiyyətə qəsdə göz yumur. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən məhkəmə qətnamələrinin icrasına nəzarət etməklə məhkəmə qətnamələrinin icrasını icra məmurlarından tələb etməlidirlər. “İcra haqqında” qanunda da icra məmurunun əsas vəzifələrindən biri məhkəmə qərarlarının məcburi icrasının təmin edilməsidir. Digər tərəfdən məhkəmə tərəfindən zaman "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktuba heç bir münasibət bildirilməmişdir. Eyni zamanda, məhkəmə Azərbaycan RespublikasıBaş Prokurorluğunun 12 sentyabr 2024-cü il tarixli məlumatını belə nəzərə almamışdır. Sözügedən məktubda bildirilmişdir ki, X7 prokuroluğa müraciət etmiş və Borclu əməllərinə görə cinayəti işi başlanılmışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 28 saylı evin 2 otaqdan ibarət 14 saylımənzilin Borclu tərəfindən zəbt edilməsi faktı ilə bağlıXətai rayon Polis İdarəsində cinayət işi başlanılmış, lakin Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi ElşənQuliyev tərəfindən xx.xx.2021-ci il tarixli qərarla cinayət işinə əsassız xitam verilmişdir. Daha sonra tərəflərindən edilən şikayətlərdən sonra müstəntiq ElşənQuliyevin xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2024-cü il tarixli qərarla ləğv edilərək iş üzrə icraat təzələnmiş və cinayət işi üzrə əməl AR CM-nin 177.1 və 322.1-ci maddələrindən, həmin Məcəllənin 157.1, 177.1, 178.2.4, 313 və 322.1-ci maddələrinə tövsif olunmuş və istintaqın davam etdirilməsi üçün Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Məhkəmə sadəcə olaraq icra məmurunun təqdim etdiyi dəlillərlə razılaşmış, tərəfimizdən təqdim edilmiş hallara və sübutlara heç bir münasibət bildirməmişdir. X3 ona mülkiyyət hüququ ilə məxsus olan mənzilinə daxil ola bilmir. Bu səbəbdən də hesab edir ki, tərəflərindən təqdim edilmiş şikayət əsaslı olmuşdur və təmin edilməli idi. Göstərilənlərə əsasən hesab edir ki, Xətai rayon Məhkəməsinin 8(011)- 977/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və şikayət ərizəsı təmin edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 8(011)-977/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Borclu ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət olunmuşdur. xx.xx.2023-cü il tarixli icra məmuru Elşən Bəşirli tərəfindən Borclu ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü surətdə təmin etmədiyi üçün, dərhal Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə gəlməsi bildirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X14 Rayon Məhkəməsi 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin mənzilin kimə təhvil verilməsi, mənzilin əşyalarla birlikdə və ya əşyasız boşaldılması və kimlərin həmin mənzildən çıxarılması hissəsinə izah verilməsinə dair ərizəsi rədd edilmişdir. xx.xx.2023-cü il tarixli icra məmuru Elşən Bəşirli tərəfindən tərtib edilmiş aktdan görünür ki, tərəflərindən Borclu ünvan 3mədov küçəsi 20, 14 saylı mənzil ünvanından çıxarılmış və icra sənədi icra olunmuşdur. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, icra məmuru Elşən Bəşirli tərəfindən icra sənədi tam şəkildə təmin edildiyindən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş audio-video çəkilişdən görünür ki, Borclu barəsində akt tərtib edilərək, ünvan 3mədov küçəsi 20, 14 saylı mənzil ünvanından çıxarılmışdır. "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3mədov küçəsi 20A, 1-ci blok, 2-ci mərtəbə, 14 saylı mənzildə Borclu ailə üzvüləri: oğlu, gəlini, qızı, nəvələri və başqaları yaşayır, bina dölət tərəfindən qeydiyyata alınmayıb. İcra Haqqında AR Qanunun Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3338/2021- 006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan icra məmuru tərəfindən icraata qəbul edilmiş, tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilmiş, daha sonra bildirişə əməl etmədiyi üçün xəbərdalıq məktubu göndərilmişdir. İcra məmuru tərəfindən akt tərtib edilərək, borclu mənzildən çıxarılmış, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunduğundan icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədinin tam icra edilməsi xx.xx.2023-cü il tarixli icra məmuru Elşən Bəşirli tərəfindən tərtib edilmiş aktdan və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş audio-video çəkilişdən görünür. Kollegiya qeyd edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 iddia tələbi üzrə Borclu ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət edilmiş və qətnamə əsasında tərtib edilmiş icra vərəqəsinə əsasən Borclu qeyd olunan mənzildən çıxarılmışdır. Buna görə də "xxxx" MMMC-nin mübahisələndirilən mənzildə Borclu ailə üzvülərinin oğlu, gəlini, qızı, nəvələri və başqalarının yaşaması barədə xx.xx.2024-cü il tarixli məktubu qətnamənin icra edilməməsi kimi şərh edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 8(011)- 977/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-55/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-55/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver