Məhkəmə qərarları › İş №8(103)-550/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-550/2020

29.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-550/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(004)-601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-719/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon məhkəməsinin 2(004)-601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-719/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2, 20.5-ci maddələrinə istinadən) Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Abdullayevin "icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarından tələbkar "Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon məhkəməsinin 2(004)- 601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli qərarından tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-719/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə tələbkar şikayət vermiş və qeyd edilmişdir ki, həmin qərarın tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsinə təqdim olunması və ya nümayəndəsi tərəfindən alınmasına dair heç bir sübut mövcud deyildir. Ümumiyyətlə, həmin qərarın surəti hal-hazıra kimi Banka daxil olmamışdır. Birinci instansiya məhkəməsinin hazırki qərardadı Bankın hüquqlarının və qanunla qorunan maraqlarının kobud şəkildə pozulmasına, prosessual qanunvericiliklə müəyyən olunmuş hüquqlarının süni şəkildə məhdudlaşdırılmasına xidmət edir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)-719/2020 saylı şikayətin geri qaytarılmasına dair qərardadı ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-719/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020 Məlumatına və Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununa əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin mövcudluğunu (riayət edilməsi vəzifələrini) nəzərə alaraq tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13-15, 128-133, 262- 264,385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, müvafiq prosessual müddəalara əsasən məhkəmənin gəldiyi nəticələrin səbəbləri sübuta yetirilmir (iş səh.26-31) və çəkişmə şəraitində (tərəflərin iştirakı ilə) məhkəmə araşdırılması nəticəsində mülki prosessual qanunvericiliyinin tələblərinə müvafiq (sübutlara) qiymət verilməsi mümkündür. Ona görə müraciətin icraata qəbulu və baxılması proseduru yenidən birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. q ə r a r a a l d ı: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-719/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar