Məhkəmə qərarları › İş №8(103)-555/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-555/2025

22.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-555/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatana qədər tərəfindən himayə edilib saxlanması üçün onun xeyrinə hər ay ödəməli olduğu 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarını 2021-ci ildən başlayaraq 2025-ci il tarixdə daxil olmaqla hər il üçün ölkəmizdə müəyyən edilmiş minimum əmək haqqı məbləğlərinin artımına mütənasib olaraq müəyyən mislilərinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 saylı, 11 sentyabr 2025ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, X3 ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatana qədər tərəfindən himayə edilib saxlanması üçün onun xeyrinə hər ay ödəməli olduğu 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarını 2021-ci ildən başlayaraq 2025-ci il tarixdə daxil olmaqla hər il üçün ölkəmizdə müəyyən edilmiş minimum əmək haqqı məbləğlərinin artımına mütənasib olaraq müəyyən mislilərinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-673/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013- cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024- cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 175 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği xx.xx.2021-ci ildən 250 manat müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 175 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-673/2025 saylı qərardadı qanunsuz və əsssızdır, ona görə də ləğv edilməlidir. Ali Məhkəmənin Plenum qərarında deyilir ki indeksasiya həyata keçirilən zaman minimum əmək haqqının yarısı məbləğində həyata keçirilməlidir. Əslində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 175 manat aliment 2021-ci il üzrə ölkə üzrə uşaqları üçün müəyyən olunmuş 175 manat həddində təyin edilmişdir. 2025-ci ildə isə uşaqlar üçün minimum yaşayış həddi 246 manat təşkil edir. 2025-ci il üzrə minimum əmək haqqının 0.50 misli 200 manat təşkil edir ki, məhkəmə də indeksasiyanı bu şəkildə hesablamalı idi. Bundan başqa o, hal-hazırda Bakı şəhərində rəsmi əmək müqaviləsi ilə işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. Lakin məhkəmə qərardad qəbul edərkən bunları nəzərə almamışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, o, xx.xx.2019-cu il tarixində X5 ilə rəsmi nikaha girməklə evlənmişdir. Övladı yoxdur. Ancaq həyat yoldaşı 3 ildən çoxdur ki, onkoloji xəstədir və müalicə olunur. Xəstəliyinə görə heç bir yerdə işləyə bilmir və onun bütün təminatı və müalicəsi onun üzərinə düşür. Ancaq o, bunları məhkəmədə bildirsə də məhkəmə nəzərə almamışdır. Yasamal Rayon Məhkəməsi qanuni və əsaslı qərardad qəbul etməmişdir. Məhkəmə iş üzrə qərardad qəbul edərkən işin faktiki hallarını onun maddi vəziyyətini nəzərə almamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, 20 yanvar 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu iddiaçı X3 xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdeh Borclu 20 yanvar 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği xx.xx.2021-ci ildən 250 manat müəyyən edilmişdir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 175 manat məbləğdə müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 175 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Kollegiya qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,7 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının zəif olması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Alimentin məbləğinə gəldikdə qeyd etmək zəruridir ki, alimentin məbləği mövcud qanunverciliyə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında müəyyən edilmiş normalara uyğun müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar