Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-556/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Tələbkar qızının və Borclu iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 8(006)- 333/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 17.03.2020-ci il tarixli qərarla icraatına başlanıldığı Şəki Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-476/2019 nömrəli, 15.08.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1979-cu ildə anadan olmuş və ünvan 1 ünvanında yaşayan Borclu 12.000 manat məbləğində pul vəsaiti və 100 manat, 120 manat ekspertiza xərci tutularaq Tələbkar qızına, Dövlət büdcəsinə və "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 17.03.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron İcra" informasiya sistemi vasitəsi ilə sorğular edilmişdir. Lakin borclunun adına borcun yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Eyni zamanda Borclu iş yerinin olmasına baxmayaraq, əmək haqqından aliment öhdəliyinə görə tutmaların aparılması səbəbindən borcun onun əmək haqqına yönəldilməsi mümkün olmamışdır. "Elektron icra" informasiya sistemindən əldə edilən sorğu məlumatında Borclu tez-tez ölkə ərazisini tərk etdiyi tərəflərindən müəyyən edilmişdir. İcra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasını təmin etrmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim C.Tağıyev, iş № 8(006)-333/21) təqdimat təmin edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, hazırkı icra vərəqəsini icra edən Nəsimi rayon İcra şöbəsinin qeyd edilən icra vərəqəsinə hər hansı bir aidiyyəti yoxdur. Bu icra vərəqəsini Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi icra edə bilməz. Nəsimi rayon İcra şöbəsinə aidiyyəti olmayan icra vərəqəsi üzrə verilmiş təqdimata baxılması məhkəmə aidiyyətinin pozulması deməkdir. Belə ki, o, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 3 ünvanında da yaşayır. Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verərkən borclu şikayətin təmin olunmasını, tələbkar isə rədd olunmasını xahiş etdilər. Nəsimi rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, borclunun və tələbkarın izahatlarını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Şikayətin borclunun faktiki yaşayış yerini dəyişməsi və Nəsimi rayon İcra şöbəsinin hazırkı iş üzrə icra vərəqəsini icra etməyə səlahiyyətli olmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilən 14.02.2020-ci il tarixli icra vərəqəsində borclunun qeydiyyatda olduğu ünvan Yevlax rayonu, faktiki yaşayış yeri isə Nəsimi rayonu göstərilmiş, icra vərəqəsi ilkin olaraq Yevlax rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, sonradan həmin şöbə tərəfindən faktiki yaşayış yeri üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, borclu həmin ünvan üzrə icra şöbəsinə dəvət olunmuş və sonrakı prosessual hərəkətlər həyata keçirilmişdir. Borclunun faktiki yaşayış yerini yenidən dəyişməsi barədə icra məmurunda məlumat olmamışdır. Belə bir məlumatın verilməsi isə bilavasitə borclunun vəzifəsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-556/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-556/2021
03.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver