Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-557/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət ərizəsi üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icraata başlamaq haqqında 11.02.2021ci il tarixli qərarından verdiyi şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (məhkəmə) 27 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardadın ləğv olunması barədə Xalidə Abdullazadənin məhkəməyə ünvanladığı şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xalidə Abdullazadənin “şikayət” adlandırdığı ərizə məhkəmə aktından verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, “şikayət” adlandırılan ərizənin tərtib edildiyi zaman qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qərarı düzgün hesab etmədiyi əsaslar, həmin Məcəllənin hazırda qüvvədə olan 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; Xalidə Abdullazadə isə “şikayət” adlandırdığı ərizədə birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini ümumiyyətlə göstərməmiş, sadəcə qərardadın ləğv edilməli olduğunu irəli sürmüşdür. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Beləliklə, Xalidə Abdullazadənin “şikayət” adlandırdığı ərizə qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-175/2021 saylı iş üzrə 27 iyul 2021ci il tarixli qərardadından X2 tərəfindən verilmiş və həmin məhkəmə tərəfindən qərardaddan şikayət kimi qiymətləndirilən ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-557/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-557/2021
15.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver