Məhkəmə qərarları › İş №8(103)-56/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-56/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-56/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətələ dair işlə bağlı icraat üzrə (açar sözlər: icra məmurunun hərəkətindən şiakyət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat X3 xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Paşa Paşazadənin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Savalan Musa oğlu ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. 2023-cü ilin oktyabr ayında ayrılmışlar. Daha sonra Tələbkar uşaqlarla görüş tələb etmiş və görüşlərin əksər hissəsi Yasamal rayon İcra şöbəsinin inzibati binasında baş tutmuşdur. Əvvəllər görüşlərdə iştirak edən icra məmuru Erol Kazımlı ona qarşı qərəzli mövqe sərgiləmiş və qanunsuz hərəkətləri nəticəsində o, icra məmuru Paşa Paşazadə ilə əvəz edilmişdir. Daha sonra icra məmuru Paşa Paşazadə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə övladlarına psixoloji reabilitasiya seanslarının keçirilməsinin zəruriliyi barədə qərar qəbul etmiş və qərarın icrası üçün AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nə müraciət etmişdir. Müvafiq qurum tərəfindən icra məmurunun müraciətinə uyğun olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 8986 nömrəli cavab məktubunda klinik psixoloji yardımın yalnız tibbi müəssisədə göstərilməsi qeyd olunmuş, uşaqların psixi pozuntularının olmadığı halda onlara “Psixi Sağlamlıq Mərkəzi”ndə psixoloji reabilitasiya seanslarının keçirilməsi tövsiyə olunmamış və bu halda digər qurumlara müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Müvafiq qurumun bu mövqeyinə baxmayaraq icra məmuru Paşa Paşazadə yenidən övladlarına psixoloji reabilitasiya seanslarının keçirilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edərək, həmin qərarı yenidən AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nə göndərmişdir. Hansı ki, müvafiq qurum uşaqların psixi pozuntularının olmaması halında həmin qurumda psixoloji reabilitasiya seanslarının keçirilməsini tövsiyə etməmiş və digər qurumlara müraciəti məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi Paşa Paşazadənin müvafiq qurum tərəfindən təqdim edilən cavab məktubuna baxmayaraq övladlarına psixoloji reabilitasiya seanslarının keçirilməsi üçün AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nə yenidən müraciət etməsi icra məmurunun ona və övladlarına qarşı qərəzli olmasına dair əsaslı şübhələr yaradır. Hansı ki, övladlarının heç bir psixi pozuntuları olmadığı halda müvafiq müəssisədə psixoloi reabilitasiya seanslarına cəlb edilməsi onların psixologiyasına mənfi təsir göstərə və gələcəkdə onlarda silinməz travmalar buraxa bilər. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclu ilə rəsmi nikahları olmamışdır. Borclu əvvəl uşaqların onun himayəsində qalmalarına razılıq vermiş, bir müddət sonra uşaqları ona verməyəcəyi təqdirdə, polis orqanlarına şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Nəticədə o, uşaqların stress keçirməmələri üçün onları borclunun himayəsinə verməyə razı olmuşdur. Borclu uşaqla ünsiyyətlə bağlı müvəqqəti təminat tədbiri barədə qərardadın icrasından boyun qaçırmış və onun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Uşaqla ünsiyyətlə bağlı müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı əvvəlki icra məmuru tərəfindən psixoloqun dəvət edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin psixoloq uşaqların təsir altında olması ilə bağlı rəy vermişdir. Borclu uşaqla ünsiyyət tələbinə dair məhkəmə qətnaməsini də icra etməkdən boyun qaçırır. Birinci psixoloq öz rəyində uşaqların psixoloji seanslara cəlb olunmalı olduqlarını bildirmiş, onun əsasında icra məmuru tərəfindən X4 Mərkəzinə müraciət edilmişdir. Üçüncü seans zamanı mübahisə yaranmış, seanslar dayandırılmış, borclunun psixoloji durumu, uşaqların borclunun təsiri altında olması ilə bağlı rəy verilmişdir. Daha sonra İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsindən də psixoloq dəvət edilmişdir. Borclu uşaqların xəstə olduqlarını əsas gətirərək bir neçə dəfə onun uşaqlarla ünsiyyətinə maneçilik törətmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X16 izahatında bildirmişdir ki, uşaqlar atalarından hədiyyə aldıqları zaman belə analarının reaksiyasına fikir verir. Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin mütəxəssisinin rəyinə əsasən uşaqların ataları ilə ünsiyyətinin yaxşılaşdırılması üçün psixoloji seanslara cəlb edilmələri məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə tərəfindən İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsindən nümayəndə və X4 Mərkəzindən psixoloq dəvət edilmişdir. Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsindən daxil olan məktuba əsasən borclu uşaqlarının müayinəyə ehtiyaclarının olmadığını bildirmiş və mərkəzə gəlməkdən imtina etmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. Uşaqla ünsiyyətlə bağlı çətinlik yarandığı zaman tərəflərindən İcra Hakimiyyətindən nümayəndə, psixoloji seansların keçirilməsi məqsədi ilə psixoloq dəvət edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladı- xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamları günləri 1 saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, teleqram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilməklə icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcraata başlamaq haqqında müvafiq qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə X3na bildiriş ünvanlanmışdır. İş materiallarından görünən odur ki, uşaqların ataları ilə görüşünün təmin edilməsi üçün çoxsaylı icra məmuru tərəfindən görüşlər təşkil olunsa da, uşaqların ataları ilə ünsiyyəti təmin edilə bilməmişdir. Bəzi hallarda borclu uşaqları ilə icra şöbəsinə gəlməkdən imtina etmiş, bəzi hallarda isə uşaqlar ataları ilə görüşdən imtina etmişlər. İcra məmuru qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 40.1-ci maddəsinə müvafiq olaraq, uşaqların ataları ilə ünsiyyətinə maneə olan halların müəyyən edilməsi və onların aradan qaldırılmasının təmin etmək, uşaqların atası ilə münasibətlərinin yaxşılaşdırılması üçün psixoloji rabilitasiya seanslarının keçirilməsi məqsədilə mütəxəssinin dəvət olunması barədə xx.xx.2024-cü il tarixli qərarı qəbul etmişdir. Göründüyü kimi sözügedən qərarı qəbul etməkdə icra məmurunun məqsədi icra sənədinin icra olunmasını təmin etmək üçün qanunda nəzərdə tutulan zəruri icra hərəkətlərini həyata keçirmək olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə iş üzrə Tələbkar, iş üzrə borclunun nümayəndəsi Nümayəndə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19, hal şahidi və tərcüməçi X13 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə dəvət olunmuşlar. Mütəxəssis tərcüməçinin iştirakı ilə uşaqların hər biri ilə və iş üzrə tərəflərin hər biri ilə söhbət aparmışdır. Akta əlavə edilmiş mütəxəssisin qeydinə qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19 azyaşlılar ilə ayrılıqda söhbət apararkən məlum olmuşdur ki, azyaşlıların hərəkətlərində və davranışında qorxu hissi, həyəcan və psixoloji gərginlik müşahidə olunur. Söhbət aparılarkən, eləcə də işin gedişində suallara cavab verərəkən durğunluq keçirirlər, sanki hansı cavab verəcəklərindən narahatdırlar. Azyaşlılar ataları ilə sərbəst şəkildə ünsiyyətdə olmuş, görüş vaxtı atalarının onlara bağışladığı oyuncaq maşınla oynamaqları aydın görünmüşdür. Odur ki, azyaşlıların ata ilə görüş saatlarının vaxtlı-vaxtında keçirilməsinə nəzarət məqsədəuyğundur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin günün səhəri günü yəni, xx.xx.2024-cü il tarixdə saat 11:30-da hər iki tərəf uşaqlar ilə birlikdə Yasamal rayon İcra şöbəsinə yaxınlaşmışlar. Ata uşaqlara oyuncaq maşın hədiyyə etmişdir. İş üzrə Tələbkar icra sənədi üzrə sərbəst ünsiyyətdə olmasını tələb etmiş və buna əsasən iş üzrə borclu Sevinc Quliyevaya bildirmişdir ki, uşaqları atasının yanında qoyub getsin. Uşaqlar isə getmək istəmədiklərini bildirmişlər. Görüş baş tutmamışdır. Qeyd edilən faktlar, habelə iş materiallarına əlavə edilmiş digər aktlardan, valideynlər arasında mövcud olan münasibətin gərginliyindən belə nəticəyə gəlmək olur ki, keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətin ciddi dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasının qarşısını almaq məqsədilə uşaqların ataları ilə görüşməsinə maneə olan halın müəyyən edilməsi və aradan qaldırılması üçün onlarla profilaktik xarakterli psixoloji rabilitasiya seanslarının keçirilməsi zəruri olmuşdur. Göründüyü kimi, mübahisələndirilən qərarın ləğvi üçün əsas mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, qeyd edilən qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadından X3 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 xx.xx.2024-cü il tarixində şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmadan, işə səthi yanaşaraq şikayətimin təmin edilməməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, 27 noyabr 2024-cü il tarixində övladlarımın xəstə olmasına görə məhkəmə iclasında iştirak etməyəcəyi barədə məhkəməyə teleqram təqdim edərək iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə xahişini əsassız olaraq təmin etməmişdir. Hətta məhkəmə iş üzrə qəbul etdiyi müvafiq qərardadda təqdi etdiyi teleqramı görməzdən gəlmiş, qərəzli olaraq guya onun iclasa gəlməmə səbəbləri barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Eləcə də, məhkəmə heç bir zərurət olmadan, tələsik şəkildə ərizəçi kimi onun məhkəmə iclasında iştirakını təmin etməyərək, onu dinləmədən iş üzrə qərardad qəbul etmişdir. Bildirir ki, övladlarının atalarının onlara yaşatdığı stressdən dolayı immunitet zəifliyindən və xüsusi olaraq qlütenə qarşı dözümsüzlük və ferment çatışmazlığı xəstəliklərindən əziyyət çəkir. Onlara qlütenə qarşı dözümsüzlük və ferment çatışmazlığı xəstəlikləri ilə bağlı diaqnozun qoyulması müəyyən maddi xərclər tələb edir, lakin onun maddi vəziyyəti həmin xərcləri qarşılamağa imkan vermir. Tələbkar isə bir ata kimi övladlarının xəstə olduğunu bildiyi halda bu məsələyə laqeyd yanaşaraq onların müalicəsi və sağalması üçün heç bir cəhd göstərmir. Bunun əksinə Tələbkar psixoloji gərginlik yaratmaqla, övladlarını mənəvi cəhətdən yormaqla onların sağlamlığına daha da mənfi təsir göstərir. Müvafiq xəstəliklərə görə övladları daimi olaraq nəzarətində olmaqla müalicə alırlar. Məhz bu səbəbdən 28 noyabr tarixində məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Qeyd etdiyi məsələləri təsdiq edən arayış və analiz nəticələri hazırki ərizə ilə məhkəməyə təqdim olunur. Halbuki, məhkəmə tələsik qərar qəbul etməyəcəyi halda işi obyektiv və tərəfsiz araşdırmaq niyyətində olsaydı, şikayət verən tərəf kimi onun məhkəmədə iştirakına və hazırkı sübut və arqumentləri təqdim etməsinə şərait yaradardı. Nəticədə çəkişmə prinsipi təmin olunmaqla, məhkənmə ədalətli qərardad qəbul edə bilərdi. Bu isə işin lüzumsuz yerə uzanmasının qarşısını almaqla, hazırki şikayətin verilməsi üçün də əsas yaratmamış olardı. Hazırki icra işi üzrə həm icra məmuru, həm də məhkəmə bir vacib xüsusatı nəzərdən qaçırmışdır ki, məhkəmə atanın uşaqlarla ünsiyyət hüququnu təmin edərkən hər bir halda uşaqların mənafeiyinin üstünlüyü prinsipini nəzərə almışdır. İcra qurumu da məcburi icra hərəkətlərinin tətbiqi zamanı bu prinsipdən kənara çıxmamalı və uşaqların mənafeyinə zidd olan hər hansı bir hərəkətdən qəti olaraq çəkinməli idi. Lakin mövcud icra işində və hazırkı məhkəmə qərardadında bu prinsip kobud şəkildə pozulmuşdur. Həm icra məmuru, həm də məhkəmə uşaqların fiziki sağlamlıq vəziyyətini, eləcə də tətbiq olunan sistematik və aqressiv icra tədbirlərinin uşaqların fiziki və psixoloji sağlamlığına neqativ təsirini, bu cür ardıcıl məcburi tədbirlərin onların təhsil, istirahət və sair hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, uşaqlarla ünsiyyətlə bağlı müvəqqəti təminat tədbiri barədə qərardadın icrasından boyun qaçırdığına görə onun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, həmin protokol və onun əsasında qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)-3524/2024 nömrəli qərarı əsassız və qanunsuz olduğuna görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1457/2024 nömrəli qərarı ilə ləğv edilmiş və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra onun barəsində qanunsuz və əsassız protokol tərtib etmiş icra məmuru- Erol Kazımlı digər icra məmuru- Paşazadə Paşa ilə əvəz olunmuşdur. Yasamal Rayon Məhkəməsi onun iclasda iştirakımı təmin etmədiyinə görə bu xüsusatı da nəzərdən qaçırmışdır. Həmçinin qeyd edir ki, iddiaçı Tələbkar valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladları ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamları günləri 1 saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, teleqram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Buna baxmayaraq Tələbkar onlara məxsus telefon nömrələrini bloklamış, müvafiq proqramlar vasitəsilə övladları ilə heç bir şəkildə əlaqə saxlamamış, onların problemləri və səhhəti ilə maraqlanmamışdır. Eləcə də, məhkəmə iclasında iştirak edən icra məmuru Paşazadə Paşa öz izahatında Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin mütəxəssisinin rəyinə əsasən uşaqların ataları ilə ünsiyyətinin yaxşılaşdırılması üçün psixoloji seanslara cəlb edilmələrinin məqsədəmüvafiq hesab olunduğunu bildirmişdir. Hansı ki, Psixi Sağlamlıq Mərkəzi tərəfindən təqdim olunmuş belə bir məzmunlu rəy, ümumiyyətlə, mövcud deyil. Psixi Sağlamlıq Mərkəzinin Paşa Paşazadənin müraciətlərinə cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktublarında müvafiq qurumda uşaqlara psixoloji reabilitasiya seanslarının keçirilmədiyi, uşaqların psixi pozuntularının olmaması halında psixoloji reabilitasiya seanslarının keçirilməsini məqsədəuyğun olmadığı və bu məsələ ilə bağlı digər qurumlara (AR Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinə, İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri, hüquq müdafiəsi üzrə komissiyasına) müraciət edilməsi qeyd edilmişdir. Göründüyü kimi bu xüsusat da məhkəmə tərəfindən araşdırılmamış və nəticədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Həmçinin bildirir ki, məhkəmə qərardadında qərəzli olaraq qeyd etmişdir ki, guya xx.xx.2024-cü il tarixində Tələbkar, xx.xx.2024-cü il tarixində isə Yasamal rayon İcra şöbəsinin əməkdaşları onların yaşadıqları mənzilin qapısını döymüş və qapını açan olmamışdır. Qeyd edir ki, nə Tələbkar, nə də Yasamal rayon İcra şöbəsinin əməkdaşları onların yaşadığı ünvana gələcəkləri barədə ona əvvəlcədən heç bir məlumat verməmişdir. Hər iki tarixdə onlar evdə olmadıqların görə qapını açan olmamışdır. Eləcə də, qeyd ki, qarşı tərəfi qabaqcadan xəbərdar etməklə xx.xx.2024-cü il tarixində görüş üçün uşaqlarla birlikdə Tələbkar yaşadığı ünvana getmələrinə baxmayaraq Tələbkar görüşdə iştirak etməmişdir. Hansı ki, Tələbkar digər oğlu qapını açmış və onlara kobud münasibət göstərmişdir. Təxminən 1 saat həmin ünvanda gözləmələrinə baxmayaraq, Tələbkar görüşə gəlməmiş və gəlib-gəlməyəcəyi barədə onlara heç bir məlumat verməmişdir. Hətta Tələbkar həmin gün onu narahat etdiklərini iddia edərək barələrində polisə əsassız olaraq şikayət etmişdir. Lakin bu məsələ də qərəzli olaraq məhkəmə tərəfindən öz qərardadında göstərilməmişdir. Məhkəmə tərəfindən müvafiq qərardadda Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən guya xx.xx.2024-cü il tarixdə onunla telefon əlaqəsi saxlanılaraq mərkəzə müayinə üçün dəvət edildiyi, lakin onun həmin dəvətdən imtina etdiyi qeyd edilmişdir. Qeyd edir ki, Psixi Sağlamlıq Mərkəzindən müvafiq tarixdə ona zəng edilmiş, Psixi Sağlamlıq Mərkəzində uşaqlara psixoloji reabilitasiya seanslarının keçirilmədiyi, müvafiq müəssisədə yalnız şəxsi istək əsasında psixoloji reabilitasiya seanslarının keçirildiyi və uşaqların psixi pozuntuları olmadığı halda digər aidiyyəti qurumlara müraciət edilməsi bildirilmişdir. Telefon danışığına dair səsyazısı (disk) hazırkı ərizə ilə məhkəməyə təqdim olunur. Müvafiq müəssisənin bu mövqeyi onlar tərəfindən təqdim olunan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktublarında da əks olunmuşdur. Hər iki cavab məktubunda müvafiq qurumda uşaqlara psixoloji reabilitasiya seanslarının keçirilmədiyi, uşaqların psixi pozuntularının olmaması halında psixoloji reabilitasiya seanslarının keçirilməsinin məqsədəuyğun olmadığı və bu məsələ ilə bağlı digər qurumlara ( AR Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinə, İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri, hüquq müdafiəsi üzrə komissiyasına) müraciət edilməsi qeyd edilmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli görüşdə iştirak edən Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X12 qeydlərinə əsasən azyaşlılar ilə ayrılıqda söhbət apararkən məlum olmuşdur ki, azyaşlıların hərəkətlərində və davranışında qorxu hissi, həyəcan və psixoloji gərginlik müşahidə olunmuşdur. Lakin məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda da qeyd edildiyi kimi icra zamanı valideynlərin hər ikisinin bir-birinə qarşı neqativ emosional ünsiyyətinin uşaqları çox qorxutduğunu, psixoloji gərgin vəziyyətə saldığını nəzərə almamış və öz qərardadında qərəzli olaraq mənim guya psixoloji problemlərimin olduğu və övladlarıma ataları ilə görüşmək mövzusunda psixoloji təsirlər etdiyim görüntüsü yaratmışdır. Beləliklə, həm müvafiq qərardadda, həm də Yasamal rayon İcra şöbəsində tərtib olunan aktlarda qəsdən və məqsədyönlü şəkildə onun övladlarına ataları ilə görüşmək mövzusunda psixoloji təsirlər etdiyi görüntüsü yaradılmışdır. Halbuki, uşaqlar ataları onların qayğısına qalmadığına, onlarla heç bir şəkildə mehriban ünsiyyət qura bilmədiyinə, onlara qarşı həm əvvəllər, həm də hazırda kobud şəkildə davrandığına, onları həmişə qapalı şəraitdə saxladığına, parkda, həyətdə öz yaşıdları ilə oynamağa, hər hansı gəzintiyə getməyə icazə vermədiyinə görə ondan qorxurlar və bunun təsiri altında onunla görüşməkdən imtina edirlər. Yuxarıda sadalananlara əsasən hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-531/2024 nömrəli qərardadı və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-531/2024 nömrəli, qərardadına əsasən, ərizə təmin edilmiş, X3nın iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti buraxmasının səbəbləri üzürlü hesab edilərək bərpa edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Maddə 40.2. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00dək, 7 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladıxx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamları günləri 1 saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, teleqram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda X14 qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Yasamal rayon İcra şöbəsində xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə kliniki müsahibə aparmışdır. Müsahibənin məqsədi uşaqların ataya qarşı neqativ münasibətinin obyektiv səbəblərini araşdırmaq idi. Uşaqların gətirdiyi səbəblər yetişkinlərin dilindən eşitdikləri fikirlərə uyğun idi. Bunun səbəbi ananın birbaşa manipulyativ təsiri ilə əlaqələndirilsə də, bu yaş dönəmindəki uşaqların ətrafda baş verənləri ananın, yəni qayğı verənin dilindən analiz etməsi normaldır və qaçınılmazdır. İcra zamanı valideynlərin hər ikisinin bir birinə qarşı neqativ emosional ünsiyyətinin uşaqları çox qorxutduğunun, psixoloji gərgin vəziyyətə saldığının şahidi olmuşdur. Uşaqların ata ilə ünsiyyətinin yaxşılaşdırılması, ata ilə görüşlərin normallaşdırılması üçün psixoloji reablitasiya seanslarının keçirilməsini tövsiyə edir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyət yaratması mümkün olmadığından və icra sənədinin icrasını təmin etmək məqsədilə mütəxəssisin iştirakına zərurət yarandığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyət yaratması mümkün olmadığından və icra sənədinin icrasını təmin etmək məqsədilə mütəxəssisin iştirakına zərurət yarandığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası xx.xx.2024-cü il tarixə, saat 10:00-da Yasamal rayon İcra şöbəsinin inzibati binasında təyin edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə səlahiyyətli nümayəndənin (psixoloq) icra yerində iştirakının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq bildirilir ki, AR Psixiatriya yardımı haqqında Qanununun 19.2-ci maddəsinə əsasən kliniki psixoloji yardım yalnız tibbi müəssisədə göstərilir. Belə ki, uşağın psixi pozuntusu yoxdursa, müvafiq orqanlara o cümlədən AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinə və ya İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri, hüquq müdafiəsi üzrə komissiyasına və təhsil sisteminə müraciət etmək məqsədəuyğundur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyət yaratması mümkün olmadığından və icra sənədinin icrasını təmin etmək məqsədilə mütəxəssisin iştirakına mütəxəssisin (psixoloqun) reabilitasiya seanslarının keçirilməsi zərurəti yarandığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar uşaqların atası ilə münasibətlərinin yaxşılaşdırılması üçün psixoloji rabilitasiya seanslarının keçirilməsi üçün icra sənədi sizə göndərilir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixə, saat 10:00-da psixoloji reabilitasiya seanslarının keçirilməsi təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdə X15 ilə telefon əlaqəsi saxlanılıb mərkəzə müayinə üçün dəvət olunmuşdur. X25 uşaqlarının müayinəyə ehtiyaclarının olmadığını bildirmiş və mərkəzə gəlməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı hər iki tərəf icra şöbəsinə dəvət olunmuş, videogörüntü ilə uşaqlara bildirilmişdir ki, ata ilə gedib gəzsinlər və uşaqlar getmək istəmədiklərini bildirmişlər. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il saat 11:00 radələrində uşaqlarla görüş üçün X3nın yaşadığı ünvana gedilmiş, yaşadığı mənzilin qapısını döyülmüş, lakin qapını açan olmamışdır. (bununla bağlı videogörüntü təqdim olunmuşdur) xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurları X16, X21 və iş üzrə tələbkar xx.xx.2024-cü il saat 11:00 radələrində uşaqlarla görüş üçün X3nın yaşadığı ünvana gedilmiş, yaşadığı mənzilin qapısını döyülmüş, lakin qapını açan olmamışdır. İş üzrə X3na telefon vasitəsilə əlaqə yaradılsa da, telefonu açan olmamışdır. Görüş baş tutmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasından mütəxəssislərin (məsləhətçi psoxoloqların) dəvət olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə Tələbkar, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının məsul katibi böyük məsləhətçisi X26 və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə iş üzrə X3 whatsapp vasitəsilə bildirmişdir ki, uşaqlar xəstədir, həkim təyinatı və müalicələri edilir, bu səbəbdən uşaqları gətirə bilməyəcək. Qeyd olunan tarixdə uşaqları ilə İcra Şöbəsinə gəlməmişlər. Mütəxəssislərin uşaqlar ilə görüşü baş tutmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasından mütəxəssislərin (məsləhətçi psoxoloqların) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzindən məsləhətçi psixoloqların dəvət olunması barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə Tələbkar, iş üzrə borclunun nümayəndəsi Nümayəndə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19, hal şahidi və tərcüməçi X13 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə dəvət olunmuşlar. Mütəxəssis tərcüməçinin iştirakı ilə uşaqların hər biri ilə və iş üzrə tərəflərin hər biri ilə söhbət aparmışdır. Akta əlavə edilmiş mütəxəssisin qeydinə qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19 azyaşlılar ilə ayrılıqda söhbət apararkən məlum olmuşdur ki, azyaşlıların hərəkətlərində və davranışında qorxu hissi, həyəcan və psixoloji gərginlik müşahidə olunur. Söhbət aparılarkən, eləcə də işin gedişində suallara cavab verərkən durğunluq keçirirlər, sanki hansı cavab verəcəklərindən narahatdırlar. Azyaşlılar ataları ilə sərbəst şəkildə ünsiyyətdə olmuş, görüş vaxtı atalarının onlara bağışladığı oyuncaq maşınla oynamaqları aydın görünmüşdür. Odur ki, azyaşlıların ata ilə görüş saatlarının vaxtlıvaxtında keçirilməsinə nəzarət məqsədəuyğundur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 11:30-da hər iki tərəf uşaqlar ilə birlikdə Yasamal rayon İcra şöbəsinə yaxınlaşmışlar. Ata uşaqlara oyuncaq maşın hədiyyə etmişdir. İş üzrə Tələbkar icra sənədi üzrə sərbəst ünsiyyətdə olmasını tələb etmiş və buna əsasən iş üzrə borclu Sevinc Quliyevaya bildirmişdir ki, uşaqları atasının yanında qoyub getsin. Uşaqlar isə getmək istəmədiklərini bildirmişlər. Görüş baş tutmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 11:15-də hər iki tərəf uşaqlar ilə birlikdə Yasamal rayon icra şöbəsinə yaxınlaşmışlar. Uşaqların hər biri ilə söhbət aparılan zaman uşaqlar ata ilə getmək istəmədiklərini bildirmişlər. Görüş baş tutmamışdır. Tələbkarın nümayəndəsi bildirmişdir ki, uşaqların ata ilə getməməsinin səbəbi ana tərəfdən təsir altında olmalarıdır, bu səbəbdən mütəxəssisin cəlb edilməsini xahiş etmişdir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 saat sərbəst ünsiyyətdə olmaq hüququnun verilməsi, iddiaçı Tələbkar valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladı- xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamları günləri 1 saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, teleqram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilsə də, qanuni qüvvəsini alan məhkəmə aktının icrası mümkün olmamışdır. Belə ki, yetkinlik yaşınaçatmayanların ataları ilə görüşünün təmin edilməsi üçün icra məmuru tərəfindən çoxsaylı görüşlər təşkil olunsa da, uşaqların ataları ilə ünsiyyəti təmin edilməmişdir. Bəzi hallarda borclu uşaqları ilə icra şöbəsinə gəlməkdən imtina etmiş, bəzi hallarda isə uşaqlar ataları ilə görüşdən imtina etmişlər. İcra məmuru qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 40.1-ci maddəsinin tələbindən irəli gələn hüququndan istifadə edərək uşaqların ataları ilə ünsiyyətinə maneə olan halların müəyyən edilməsi və onların aradan qaldırılmasının təmin etmək, uşaqların atası ilə münasibətlərinin yaxşılaşdırılması üçün psixoloji rabilitasiya seanslarının keçirilməsi məqsədilə mütəxəssinin dəvət olunması barədə xx.xx.2024-cü il tarixli qərarı qəbul etmişdir. Göründüyü kimi borclu tərəfindən mübahisələndirilən qərarı qəbul etməkdə icra məmurunun məqsədi icra sənədinin icra olunmasını təmin etmək üçün qanunda nəzərdə tutulan zəruri icra hərəkətlərini həyata keçirmək olmuşdur. Bu səbəbdən kollegiya şikayətin dəlillərini borclu tərəfindən mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olaraq qəbul etmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024cü il tarixdə iş üzrə Tələbkar, iş üzrə borclunun nümayəndəsi Nümayəndə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19, hal şahidi və tərcüməçi X13 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə dəvət olunmuşlar. Mütəxəssis tərcüməçinin iştirakı ilə uşaqların hər biri ilə və iş üzrə tərəflərin hər biri ilə söhbət aparmışdır. Akta əlavə edilmiş mütəxəssisin qeydində göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X19 azyaşlılar ilə ayrılıqda söhbət apararkən məlum olmuşdur ki, azyaşlıların hərəkətlərində və davranışında qorxu hissi, həyəcan və psixoloji gərginlik müşahidə olunur. Söhbət aparılarkən, eləcə də işin gedişində suallara cavab verərəkən durğunluq keçirirlər, sanki hansı cavab verəcəklərindən narahatdırlar. Azyaşlılar ataları ilə sərbəst şəkildə ünsiyyətdə olmuş, görüş vaxtı atalarının onlara bağışladığı oyuncaq maşınla oynamaqları aydın görünmüşdür. Odur ki, azyaşlıların ata ilə görüş saatlarının vaxtlı-vaxtında keçirilməsinə nəzarət məqsədəuyğundur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin günün səhəri günü yəni, xx.xx.2024-cü il tarixdə saat 11:30-da hər iki tərəf uşaqlar ilə birlikdə Yasamal rayon İcra şöbəsinə yaxınlaşmışlar. Ata uşaqlara oyuncaq maşın hədiyyə etmişdir. İş üzrə Tələbkar icra sənədi üzrə sərbəst ünsiyyətdə olmasını tələb etmiş və buna əsasən iş üzrə borclu Sevinc Quliyevaya bildirmişdir ki, uşaqları atasının yanında qoyub getsin. Uşaqlar isə getmək istəmədiklərini bildirmişlər. Görüş baş tutmamışdır. Qeyd edilən faktlar, habelə iş materiallarına əlavə edilmiş digər aktlardan, valideynlər arasında mövcud olan münasibətin gərginliyindən belə nəticəyə gəlmək olur ki, keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətin ciddi dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasının qarşısını almaq məqsədilə uşaqların ataları ilə görüşməsinə maneə olan halın müəyyən edilməsi və aradan qaldırılması üçün onlarla profilaktik xarakterli psixoloji rabilitasiya seanslarının keçirilməsi zəruri olmuşdur. Kollegiya qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar