Məhkəmə qərarları › İş №8(103)-560/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-560/2021

01.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-560/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.03.2021-ci il tarixli 8(007)-77/2021 saylı qərardadından verilmiş şikayətin geri qaytarılması barədə həmin məhkəmənin 05 aprel 2021-ci il tarixli qərardadından borclunun şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-50/2020 saylı 27.10.2020- ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-77/2021 saylı 14.03.2021 tarixli qərardadı ilə təqdimat təmin olmuşdur. Həmin qərardaddan borclunun vəkili Vəkil tərəfindən «apelyasiya şikayəti» verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 8(007)-77/2021 saylı qərardadı ilə borclunun verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Hazırda məhkəmənin həmin qərardadından cavabdehin vəkili Vəkil tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmənin 04.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayət cavabdehin vəkili Vəkil tərəfindən verilməklə, onun tərəfindən imzalanmışdır. İş materiallarında order olsa da, belə bir səlahiyyət verilməsini təsdiq edən etibarnamənin olduğu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 8(007)-77/2021 saylı qərardadından borclu tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar