Məhkəmə qərarları › İş №8(103)-561/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-561/2020

29.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-561/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə icra sənədinin icrasını təmin etmək məqsədilə avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 7750 manat məbləğində vəsaitinin Tələbkar xeyrinə tutulmalı olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını, Ədliyyə Nazirliyinin Elektron sitemindən alınmış məlumatlarda Borclu adına “Volkswagen Passat” markalı ** KV *** qeydiyyat nişanlı avtomobilin qeydiyyatdan keçdiyinin müəyyən edildiyini bildirmiş, icra sənədinin icrasının təmin edilməsi üçün həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan Borclu verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini belə əsaslandırmışdır ki, himayəsində 2-ci qrup əlilliyi olan övladı var və onun sağlamlıq problemlərini həll edə bilmək üçün nəqliyyat vasitəsinə ehtiyacı vardır; lakin məhkəmə bu halı nəzərə almadan onun mənafeləri ilə tələbkarın mənafeyi arasındakı ədalətli balansı pozmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış borclu, tələbkar, habelə icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmuşdur və borclunun şikayəti müvafiq qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-790/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar