Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-563/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclunun vəkili X1 iştirakı ilə, Borclu məxsus pul vəsaitinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayonu İcra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyevin təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(005)- 589/2020 saylı qərardadından tələbkar LPO Tələbkar ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 114/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə xx.xx.1958-ci ildə anadan olmuş ünvan 1 ünvanında yaşayan Borclu məxsus Ləğv prosesində olan "Tələbkar" ASC-də olan 2.136.130 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-114/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu 235561.5 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "Tələbkar" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı borclunun ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. Şöbəyə təqdim olunmuş tələbkar Ləğv prosesində olan "Tələbkar" ASC-nin xx.xx.2020-ci il tarixli məktubunda həmin bankda Borclu məxsus 2.136.130 manat məbləğində pul vəsaitinin olduğu müəyyən edilmişdir. Eyni zamanda borclu xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədində göstərilən tələbin Ləğv prosesində olan "Tələbkar" ASC-də olan depozit hesabında saxlanılan 2.136.130 manat məbləğində pul vəsaitinə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(005)- 589/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-114/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu depozit hesabında saxlanılan pul vəsaitinə 235.561.05 manat məbləği həddində həbs qoyulmuş, təqdimat qalan hissədə təmin olunmamışdır. Hazırda tələbkar tərəfdən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayətə görə qərardad qanunsuz və əsassız olmaqla, tələbkarın qanuni maraqlarına və mənafeyinə ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclunun vəkili məhkəmə iclasında şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-114/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il tarixli İKM 09 saylı kredit müqaviləsi üzrə 139.209 ABŞ dolları məbləğində əsas kredit borcu ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, xx.xx.2012-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 227.962,31 manat məbləğində əsas, 7.598,74 manat məbləğində faiz, cəmi 235,561,05 manat məbləğində kredit borcu, habelə 30 manat məbləğində dövlət rüsumu Borclu tutularaq ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraat başlanmışdır. Təqdimata əlavə edilmiş hesabdan çıxarış məlumatına əsasən, Borclu hesabında 2.136.129,46 manat vəsait vardır. Təqdimata əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, borclu şöbəyə ərizə ilə müraciət edərək, icra sənədində göstərilən tələbin Ləğv prosesində olan "Tələbkar" ASC-də olan depozit hesabında saxlanılan 2.136.130 manat məbləğində pul vəsaitinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakı qaydalar müəyyən olunmuşdur: 45.1-ci maddəyə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 45.2-ci maddəyə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.3-cü maddəyə görə, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur; 45.6-cı maddəyə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəyə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borclunun Ləğv prosesində olan "Tələbkar" ASC-dəki depozit hesabında olan pul vəsaitinin üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən ona məxsus pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı qismən, borc məbləği həddində təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar LPO Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(005)- 589/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-563/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-563/2020
28.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver