Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-563/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov – Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında “Birlik-inşaat" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzilə dair Tələbkar və Borclu hər birinin 1/2 hissədə payları müəyyən edilsin. ünvan 1 ünvanında “Birlik-İnşaat" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzil Tələbkar və azyaşlı qızı Hüseynli Aysun Ülfət qızının istifadəsinə verilsin. Məmmədov Natiq Zakir oğlunun Borclu, Tələbkar və "Birlik-İnşaat” MMC-yə qarşı - Tələbkar ilə “Birlik- İnşaat" MMC arasında 25.08.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Tələbkar Məmmədov Natiq Zakir oğluna qarşı qarşılıqlı iddiası təmin edilsin. Məmmədova Vəfa Məhruzin qızı ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında “Birlik-İnşaat" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzilə dair 28 avqust 2008-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. İcra sənədi 24.08.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sonodi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra yerinə gəlməmiş və icra sənədinin icrasını yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda qanunvericiliyin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə təyin olunan müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3282/2019 nömrəli 17.07.2019-cu il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanında “Birlikinşaat" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzilə dair Tələbkar və Borclu hər birinin 1/2 hissədə payları müəyyən edilməsi, ünvan 1 ünvanında “Birlik-İnşaat" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzil Tələbkar və azyaşlı qızı Hüseynli Aysun Ülfət qızının istifadəsinə verilməsi, Məmmədov Natiq Zakir oğlunun Borclu, Tələbkar və "Birlik- İnşaat” MMC-yə qarşı - Tələbkar ilə “Birlik- İnşaat" MMC arasında 25.08.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi müəyyən edilmişdir. Təqdimata əlavə edilmiş borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 15.07.2021-ci il tarixli qərarından görünür ki, Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, icra sənədinin icrasından və icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şikayətin dəlilinə gəldikdə isə, kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsi mübahisəsiz olaraq vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-563/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-563/2021
03.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver