Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-565/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-496/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ramin Muradov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan sahəsi 0,06 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Savalan” b/y-nın 35 saylı ünvanda yerləşən bağ sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 559 manat miqdarında pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd oluna icra sənədi üzrə borcluya icraata başlamaq haqqında qərar, könüllü icra barədə bildiriş göndərilmiş, lakin tələb təmin olunmamışdır. İcraat zamanı Borclu adına sahəsi 0,06 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Savalan” b/y-nın 35 saylı ünvanda yerləşən bağ sahəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu məxsus sahəsi 0,06 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Savalan” b/y-nın 35 saylı ünvanda yerləşən bağ sahəsinin üzərinə həbs qoyulmasına dair Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı rədd edilmişdir. Həmin qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatın təmin edilməməsi borc məbləğinin ödənilməsini mümkünsüz hala gətirmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 559 manat miqdarında pul tutularaq Tələbkar ödənilməlidir Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. «İcra haqqında» Qanunun: 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir; 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Kollegiya qeyd edir ki, icra məmuru qanunvericiliyin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərini və başqa sərvətlərini müəyyən etmək üçün tədbirlər görülməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda şərh edilən normalarına əsasən tələbkarın tələbinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasını aşkar edilmədiyi halda, tələb borclunun digər əmlakına yönəldilir. Bundan başqa, təqdimata Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirişin surəti əlavə olunmamış, həmin bildirişin ona göndərilməsi və tərəfindən alınması və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırması barədə hər hansı bir sübüt mövcud deyil. Həmçinin, məhkəmə qeyd edir ki, təqdimat fundamental prinsip olan mütənasiblik prinsipinin mahiyyətinə uyğun gəlmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-496/2020 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-565/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-565/2020
16.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver