Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-566/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-11872/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X1 cəmi 34500 ABŞ dolları borc, mənəvi zərərə görə 500 manat və 21,90 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov məhkəməyə təqdimat verərək qətnamənin icrasının təmin edilməsi məqsədilə borclu X2 arvadı Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 31/33, 30 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 8(004)-686/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-686/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, üzərinə həbs qoyulması xahiş olunan mənzil borclunun arvadı Borclu mülkiyyətinə Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli 4Ə-141 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx xxxxxx 2015ci il tarixdə bağışlanma yolu ilə keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv olunması üçün əsas deyildir. Belə ki, mənzil hədiyyə şəklində borclunun arvadının mülkiyyətinə keçdiyindən Borclu ayrıca mülkiyyətidir və borclunun öhdəliklərinə görə həmin əmlaka tutma yönəldilməsi Borclu hüquqlarının əsassız pozulmasına səbəb olacaqdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234, 397, 398.0.1, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-566/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-566/2020
21.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver