Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-567/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-488/2020 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-488/2020 saylı qərardadı ilə Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İlyas Cəfərovun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılmışdır. X1 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)- 488/2020 saylı qərardadından verilmiş şikayət məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətdə qeyd edir ki, onun vəkili və nümayəndəsi X5 icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardadı xx xxxx 2020-ci ildə qəbul etmişdir. Şikayəti 10 gün ərzində verməli idi. Lakin o, şikayəti karantin qaydalarına görə bir gün gecikdirməklə, xx xxxx 2020-ci ildə “Zaman” kuryer şirkətinə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, 30588/2020-53-17 saylı icra işindən görünür ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarı X1nun nümayəndəsi X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə xx xxxxx 2020-ci il tarixli müşayət məktubuna şəxsən imza edilərək qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, tələbkarın həmin qərardaddan xx xxxx 2020-ci il tarixədək şikayət vermək hüququ olmuşdur. Lakin tələbkar xx xxxx 2020-ci il tarixdə qərardaddan şikayət vermişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli 05 saylı, xx xxxxx 2020-ci il tarixli 06 saylı qərarlarının 3-cü bəndindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli məlumatının 1.6-cı bəndindən görünür ki, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyyə edilmişdir. X10 Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya həmçinin qeyd edir ki, tələbkar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinin tələbinə əməl edib, prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayət geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-488/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №8(103)-567/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-567/2020
21.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver