Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-57/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Elif-İnşaat MMC-nin nümayəndəsi və vəkili X3, Borclu “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə Borclu “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi şikayəti barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-422/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsinə dair şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə «X9 ve Ticarət A.S»-dən 265080,63 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsinə dair iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 saylı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə onlar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati - İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün xx xxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon icra şöbəsin göndərilmiş və axırıncı qətnamənin icra olunması məqsədi ilə «X9 ve Ticarət A.S» Şirkətinin Azərbaycan Respublikasındakı Filalına müraciət etmişdir. Bundan sonra «X9 ve Ticarət A.S» Şirkətinin Azərbaycan Respublikasındakı Filalının müdiri icra ilə bağlı izahın verilməsi üçün məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə izah edilmişdir ki, «2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2 (82)-36/2016 saylı qətnaməsində Türkiyə Respublikası, Ankara şəhəri, Tandocan, İşik küçəsi, JV2 20 ünvanda yerləşən, palatanın reyestr JV2 37/1915, ticarət reyestr JV2 52243 olan, xx.xx.1983 -cü il qeydiyyat tarixi ilə Ankara Ticarət palatasında qeydə alınan cavabdeh « X9 ve Ticarət A.S»- dən 265,080.63 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-424/2018 saylı qərardadı ilə «xxxx» MMC-nin şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82) - 36 /2016 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Konstitusiya məhkəməsinin 02 .04.2019 -cu il tarixli məktubu ilə Tələbkar MMC-nin Bakı Apellyasiya Məhkəməsinin 12 (19) iyul 2018-ci il tarixli, 2-1 (82)- 424/2018 saylı qərardadının ləğv olunmasından imtina edilmişdir. Belə ki, mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin ünvanı İşıq küçəsi 20, Tandoğan, Ankara, Türkiyə Respublikası olduğu halda iddiaçı yanlışlığa yol verərək cavabdehin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı olan Bakı şəhəri, nərimanov rayonu, Oktay Kərimov küç, 44 idda ərizəsində göstərilmişdir. Bundan sonra 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin hakimi Zaur Tağıyev xx xxxx 2018-ci il tarixli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu icra və probasiya şöbəsinə müraciət edərək - İddiaçı « Tələbkar» MMC-nin cavabdeh «X9 ve Ticarət A.S» -yə qarşı «pul» tələbinə dair iqtisadi iş üzrə 2 saylı Bakı İnzibati - İqtisadi məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(82) - 36 /2016 saylı icra vərəqəsinin ərazi adiyyatına görə səhvən onlara göndərildiyi üçün heç bir icra hərəkəti keçirmədən həmin icra vərəqəsinin icra etmədən təcili olaraq məhkəməyə geri qaytarümasım tələb etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Lakin bütün bunlara baxmayaraq, Xətai rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixində yenidən «İcraata başlamaq haqqında» Qərar qəbul etmiş və «X9 ve Ticarət A.S» Şirkətinin Azərbaycan Respublikasındakı Filalının inkasso sərəncamı qoyaraq 265,080.63 manat və 7 faiz icra ödənişinə əsasən 18,555 manat məbləğin filialın hesablaşma Hesabından silinməsinə nail olmuşlar. Hesab edirəm ki. Xətai rayon İcra və Probasiya şöbəsi özünün bü əməlləri ilə qeyri- qanıni hərəkətlərə yol vermiş və «X9 ve Ticarət A.S» Şirkətinin Azərbaycan Respublikasındakı Filalının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Tələbkar MMC tərəfindən qaldırılan iddia «X9 ve Ticarət A.S» Şirkətinin özünə qarşı olmuş və iddiaçı tərəf səhvə yol verərək (və yaxud bilərəkdən) cavabdehin ünvanı kimi onə məxsus Türkiyə Respublikası, Ankara şəhəri, Tandocan, İşik küçəsi 20 deyil, filialın ünvanının göstərmişdir. Bu səbəbdən qətnamənin icra olunması üçün Nərmanov rayon icra və probasiya şöbəsinə göndərildikdən sonra baş verən anlaşılmazdığm aradan qaldırılması və qətnamə üzrə pulun kimdən tutulması ilə bağlı məhkəməyə müraciət olunduqda məhkəmə tərəindən verilmiş xx xxxx 2018-ci il tarixli qərardadı ilə « 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2 (82)- 36/2016 saylı qətnaməsində Türkiyə Respublikası, Ankara şəhəri, Tandocan, İşik küçəsi, 20 ünvanda yerləşən, palatanın reyestr nömrəsi37/1915, ticarət reyestr JVs 52243 olan, xx.xx.1983 -cü il qeydiyyat tarixi ilə Ankara Ticarət palatasında qeydə alman cavabdeh «X9 ve Ticarət A.S»- dən 265,080.63 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmasının qət edilməsi açıq aydın göstərilmişdir. Cavabdehi işin bu halları qane etməmiş və Konstitusiya məhkəməsinə qədər şikayət etmiş, lakin məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.Belə olduğu halda hesab edirəm ki, qətnamənin icra olunması ilk növbədə cavabdeh «X9 ve Ticarət A.S» Şirkətinin yerləşdiyi Türkiyə Respublikası, Ankara şəhəri, Tandoğan, İşik küçəsi 20 ünvana yönəldilməli, hesablaşma hesablarından tutulmalı idi. Digər tərəfdən qətnamənin icra olunmasına dair ərazi qaydaları pozulmuş «X9 ve Ticarət A.S» Şirkətinin Azərbaycan Respublikasındakı Filalınınünvanı Qaradağ rayonuna aid olduğu və (səhv olsa belə) icra hərəkətləri həmin rayonun icra şöbəsi tərəfindən həyata keçirilməli olduğu halda qətnamnin icrası üzrə hərəkətlər gah Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən sonrada Xətai rayon İcra və probasiya şöbəsi tərəfindən, başqa sözlə desək tələbkarın sifarişi əsasında onun lazım bildiyi ona sərf etdiyi ərazi üzrə həyata keçirilmişdir. Ona görə də Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsinə dair şikayət ərizəsinin təmin edilməsi xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-422/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmi, həmin qərardaddan “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək, iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar Elif-İnşaat MMC-nin nümayəndəsi və vəkili X6 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2-2(82)-36 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu “X9 ve Ticaret A.S” Şirkətindən 265145,63 manat məbləğində pul vəsaiti tələbkar Elif-İnşaat MMC-in xeyrinə ödənilməlidir. Belə ki, “X9 ve Ticaret A.S” Şirkəti və Elif-İnşaat MMC arasında bağlanmış xx.xx.2013-cü il müqaviləyə əsasən sifarişçi “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialı göstərilmişdir. Eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-36/2016 saylı qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 2(82)-36/2016 saylı icra vərəqəsi ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-108/2019 saylı qərardadına əsasən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-36/2016 saylı qərardadı ləğv edilmişdir. Əlavə olaraq bildirir ki, icra məmurunun hal-hazırda Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2-2(82)-36 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə həyata keçirdiyi hərəkətlər tamamilə qanunidir və əsaslıdır. İcra məmuru haqlı olaraq qanunun tələblərinə əsaslanaraq “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inkasso sərəncamını həyata keçirmişdir. Ona görə də Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsinə dair şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, icra işinin materiallarına olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 2(82)-36/2016 saylı icra vərəqəsinə əsasən borclu “X9 ve Ticaret A.S” Şirkətindən 265145,63 manat məbləğində pul vəsaiti tələbkar Elif-İnşaat MMC-in xeyrinə ödənilməlidir. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-36/2016 saylı qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 2(82)-36/2016 saylı icra vərəqəsi ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-108/2019 saylı qərardadına əsasən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(82)-36/2016 saylı qərardadı ləğv edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2-2(82)-36 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu “X9 ve Ticaret A.S” Şirkətindən 265145,63 manat məbləğində pul vəsaiti tələbkar Elif-İnşaat MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin surəti icra olunması üçün borcluya bildiriş verilmişdir. Belə ki, borclu könüllü icra müddətində icra vərəqəsində qeyd olunan borcu tam ödəmədiyindən İcra haqqında Azərbaycan Respublikası Qanununun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduğundan onların üzərinə həbs (inkasso) qoyulmuşdur. Eyni zamanda qeyd edir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu hüquqi şəxs olduğundan, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Hesab edir ki, o, qanunun tələbləri çərçivəsində icra vərəqəsi üzrə borc könüllü icra edilmədiyindən məcburi icra tədbirlərini həyata keçirmişdir. Ona görə də borclu “X9 ve Ticaret A.S” Şirkəti Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsinə dair şikayət ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş məhkəməyə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-nin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Həmçinin nəzərə almaq lazımdır ki, bu xarakterli şikayətlər tələbin (iddianın) mahiyyəti üzrə ilkin şikayət olmayıb, baxılıb nəticə verilmiş mübahisə üzrə qəbul edilmiş qərarların icrası prosesində ortaya çıxan, tərəflər arasında olan mübahisə yox, icra məmuru ilə tərəf arasında yaranmış mübahisə nəticəsində edilən müraciətlərdir. İcra qanunvericiliyinin 85.1-ci maddəsində “...maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir və bu qərarlarından tərəflər 10 gün müddətində şikayət verə bilərlər...” müddəalarından istifadə etməklə ədalət mühakiməsinin tərkib hissəsi kimi icra mərhələsində icra məmurunun da hərəkətlərinin qərarlarda ifadə olunmalı olması, həmin qərarlarla tərəflər razılaşmadıqları halda şikayət verə bilməsi və eyni zamanda bu şikayətlərə məhkəmə tərəfindən baxılarkən ilkin müraciət üzrə qəbul edilmiş qərarların icrasına nəzarət etmə imkanınının təmin edilməsini nəzərdə tutmuşdur”. Kollegiya hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara icra sənədini vermiş məhkəmə tərəfindən nəzarət edilməli olduğu üçün icra məmurunun qərarından verilmiş şikayətə də, icra vərəqəsini vermiş məhkəmə baxmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən isə, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qərarında aidiyyət qaydalarının pozulması ilə qəbul edilmiş qərardadın ləğv edilməli olması tənzimlənməsə də, hazırkı mübahisəyə qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarı tətbiq olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialnın şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-422/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab olunmaqla “X9 ve Ticaret A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından silinmiş inkasso sərəncamına əsasən 265080,63 manat pul vəsaitinin və 7 faiz icra ödənişinə görə tutulan 18,555 manatın hesaba geri qaytarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə şikayətinə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-57/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-57/2021
08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver