Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-57/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı 29 noyabr 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə kənar yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X1 şikayət ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra şöbəsinin X1nın icra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeyalov tərəfindən X1nın icra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Borclu dəfələrlə icra işi ilə əlaqədar icra şöbəsində uşaqla olmuşdur. İcra məmurunun dəfələrlə uşaqla söhbəti atası ilə görüşməsi ilə əlaqədar nəticə verməmişdir. Uşaq ağlayır və atası ilə görüşmək niyyətində deyildir. İcra şöbəsində onun uşağına təzyiqlər göstərirlər. Nəticədə uşağın psixologiyası pozulur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-1069/2022 saylı qərardadı ilə X1nın borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X1 şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 8(011)-1069/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 8(103)-436/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1069/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 8(011)- 1069/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı 29 noyabr 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. X1 23 yanvar 2023-cü il tarixdə yenidən şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-1069/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 8(011)-1069/2022 saylı qərardadı ilə X1nın buraxılmış müddətin bərpası barədə ərizəsi rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 8(011)-1069/2022 saylı qərardadından X1 tərəfindən şikayət verilməsi üçün müəyyən olunmuş müddət ötürülməmiş hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 8(011)-1069/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 8(011)-1069/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-1069/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(011)- 1335/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, X1na tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş üzrə tələbkar X9 ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, borclunun icra sənədinin icrasından qəsdən yayındığını bildirmiş, borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. 04 iyul 2022-ci il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. X1 06 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrasının mümkün olmadığı üçün məhkəməyə qaytarılmasını xahiş etmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən 08 iyul 2022ci il tarixdə borcluya cavab məktubu göndərilmiş, məktubda borclunun ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasının qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmin tarixdə icra məmuru tərəfindən borclunun ünvanında xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, X1 19 iyul 2022-ci il tarixdə xəbərnaməyə imza etməklə rəsmi qaydada xəbərdarlıq məktubunu əldə etmişdir. 15 iyul 2022-ci il tarixdə X1 ərizə ilə Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalova müraciət edərək, icra şöbəsi tərəfindən ona whatsapp proqramı vasitəsilə göndərilmiş xəbərdarlıq məktubunu geri qaytardığını bildirmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən borcluya bildiriş göndərilmiş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, lakin borclu yenə də icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, icra məmuru Mehdi Zeynalov 15 iyul 2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, X1nın məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmənin elektron informasiya sisteminə 23 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 8(011)-698/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1335/2021 saylı, 05 avqust 2021-ci il tarixli icra sənədinə əsasən borclu-27 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş X3 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclun X3 şikayət ərizəsi rədd edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə, kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, məhkəmənin qəbul etdiyi qərarlarının icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, həmçinin Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyindən, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən onun barəsində Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən qəbul edilmiş məcburi gətirilmə barədə qərar əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı 29 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1069/2022 saylı 29 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-57/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-57/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver