Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-571/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD / Şikayətin təmin edilməməsi haqqında / xx xxxxxx 2020-ci il iş № 8(103)-571/2020 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi və Qərardadla mənafeyinə toxunulan şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)- 1899/2018 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «Mercedes C 280» markalı Az **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)- 1899/2018 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla mənafeyinə toxunulan şəxs Maraqlı şəxs məhkəməyə şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini və Borclu mülkiyyətində və onun istifadəsində olan «Mercedes C 280» markalı Az **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, «Mercedes C 280» markalı Az **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxx 2013-cü il tarixdə Borclu almış, həmin avtomobil Borclu tərəfindən kreditlə alındığına görə onun əvəzindən “xxxx” ASC-yə kredit borclarını ödəmişdir. Banka olan borc məbləğini tam ödədikdən sonra avtomobili öz adına keçirmək istədikdə məlum olmuşdur ki, Borclu borcuna görə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobil faktiki olaraq bir neçə ildir ki, onun sahibliyində və istifadəsində olduğuna görə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)-1899/2018 nömrəli qərardadı ləğv edilməli və həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(010)- 1899/2018 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)-1899/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli avtomobilə dair Borclu ilə Maraqlı şəxs arasında alqı-satqı əqdi bağlanmamış və sonuncunun bu avtomaşın üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Etibarnamə əsasında o, yalnız mübahisəli avtomobil üzərində sahiblik və ondan istifadə hüquqları əldə etmişdir. Sərancam hüququna gəldikdə isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cu maddəsinin tələbinə görə, bu hüququn yalnız üçüncü şəxsə münasibədə realizə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qeyd olunan normaya əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yenə həmin Məcəllənin 139.2ci maddəsinin tələbinə görə, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Nəqliyyat vasitəsi hesab olunan avtomobil üzərində hüquqlar rəsmi reyestrdə (Azərbaycan Respublikası DİN-nin BDYPİ) qeydə alınmalı olduğundan, həmin vasitələrin alqı-satqısı da yazılı bağlanmalı və rəsmi reyestrdə qeydə alınmalıdır. Yalnız göstərilən tələblərə riayət etmiş şəxsin hüquqlarına qanunla təminat verilə bilər. Mübahisəli avtomobillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından və Maraqlı şəxs həmin avtomobilə mülkiyyət hüququ yaranmadığından, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)-1899/2018 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilən şikayət əsassızdır. Birinci instansiya məhkəməsi əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir əsas olmadığından, şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)- 1899/2018 saylı qərardadından Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 8(010)- 1899/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza İlham Kərimli Hakimlər imzalar Elşən Kazımov Aida Hüseyn “Əsli ilə düzdür” Hakim: İlham Kərimli
Məhkəmə qərarları › İş №8(103)-571/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-571/2020
15.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver