Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-573/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri 14 saylı notariat kontorunun xx xxxxx 2020-ci il tarixli icra sənədinə əsasən, Borclu Telman oğlundan 25.000 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdimat verərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və tələbin 10 müddətində könüllü icra edilməsinə dair bildirişlə bərabər Borclu qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə, qeydiyyatda olduğu ünvana dəfələrlə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, bu günədək icra sənədinin icrasını təmin etməmiş və heç bir münasibət bildirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv, təqdimatın rədd olunmasını xahiş etmişdir. Şikayəti belə əsaslandırılmışdır ki, borclu iddia ərizəsi ilə müraciət edərək, onunla Tələbkar arasında xx.xx.2016-cı il tarixində 14 saylı notariat kontorunda bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli notariusun icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ərizəsi üzrə e- 2(001)-6441/2020 saylı mülki işə Binəqədi Rayon Məhkəməsində baxılır. Bu halda, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən icra üzrə icraat dayandırılmalıdır ki, bu barədə icra məmuruna rəsmi məlumat verilib. Ona görə də, icra məmurunun məcburi gətirilmə haqqında təqdimatının rədd edilməsı zəruri ehtiyacdır. Nizami Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya hesab edir ki, icra sənədinin icrası məqsədilə borclunun icra şöbəsinə gəlməsi zəruri olduğu və təqdimata əlavə edilmiş sənədlərlə onun icra məmurunun çağırışlarına gəlməməsi təsdiqləndiyi üçün birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Şikayətdə qeyd olunanlar isə, hazırkı vəziyyətdə baxılan məsələnin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Göründüyü kimi, borclu tərəfindən icra sənədinin (notariusun icra qeydinin) mübahisələndirlməsinə dair iddia qaldırılması, həmin icra sənədi üzrə icra icraatın dayandırılmasına əsas olmaqla, icra məmurunun səalahiyyətinə aid olan məsələdir. Hazırkı işdən görünür ki, icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət edildikdən və bu barədə qərardad qəbul edildikdən sonra, borclu tərəfindən icra sənədi ilə bağlı mübahisə qaldırılmışdır. Belə olan halda, yəni icra icraatının dayandırılması barədə icra məmuru tərəfindən əvvəlcədən qəbul edilmiş qərar olmadığından, Borclu məcburi gətirilməsi barədə təqdimata baxılmasına mane təşkil edən prosessual bir əsas da yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-250/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-573/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-573/2020
23.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver