Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-573/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-797/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərardadından Borclu şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə cavabdeh "xxxx" MMC-nin direktoru Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14- 10/21=008 nömrəli müqavilə etibarsız hesab edilib, xx.xx.2021-ci il tarixli ST-14- 10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 (iyirmi doqquz min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manatı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanında göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-797/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Rəşad Qoşqarlı) təqdimat təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu - xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək ləğv, təqdimatın isə rədd edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, düzgün araşdırma aparılmadığından, icra məmurunun yanlış məlumatları əsasında çıxarılan qərardadı onun konstitusion hüququnu pozmaqla yanaşı şəxsi qərəzçilik kimi qiymətləndirir. Belə ki, tərəfindən tələbkara ödənişlər edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Bundan başqa, icra məmurunun onu məlumatlandırması barədə göstərdiklərində yanlışlıq olduğu üçün məhkəmə tərəfindən təqdimat təmin edilmişdir. Belə olan halda məhkəmə tərəfindən tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməyərək təqdimatın rədd edilməsinə deyil, birbaşa araşdırmadan təmin edilməsinə gətirib çıxarmışdır. İcra məmurunun çağırışlarına, icranın könüllü şəkildə ödənilməsi barədə tələblərinə əməl etmişdir. Ona görə də, məhkəmə araşdırmaya icra məmurunun əsassız tələblərinə, ədalətsiz aparılmış icra işlərinə əsasən qiymət vermişdir. İcra məmuru tərəfindən icra hərəkətləri natamam aparılmış, yəni onun əmlak vəziyyəti, əmək haqqının olması və bütün bunu kimi digər halların araşdırılmasına əməl etməməsinə qiymət verilməmişdir. O, icra məmurunun çağırışlarından yayınmamış, məhkəmə isə bu hallara qiymət verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-797/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar dəftəxana vasitəsilə məhkəməyə təqdim etdiyi şikayətə yazılı etirazında şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edib qənaətini bununla əsaslandırılmışdır ki, Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmaq məqsədilə ölkədən çıxıb getməyi planlaşdırmış, ona görə də icra məmurunun çağırışlarına məhəl qoymadan icra şöbəsinə gəlməkdən yayınmağa cəhd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması iş materialları ilə yanaşı, onun şikayətində göstərdiyi dəlillərlə də təsdiq olunur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-797/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-797/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-573/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-573/2025
03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver